Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Respublika Komissiyası toplandı:fermerlərə subsidiyalar ayrıldı - Qərar

Tarix 01.08.18, 0:27

Font ölçüsü : - / +
bitmap-img6


Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik əkininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən  AzFakt.com-a verilən məlumatına görə, Respublika Komissiyasının iclasında kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə 50 manat, habelə buğda və çəltik əkinlərinə görə əlavə 40 manat, barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri yaş baramanın hər kiloqramına görə 5 manat məbləğində subsidiya verilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin rayon (şəhər) idarələrindən daxil olmuş sənədlərə baxılıb.

Respublika Komissiyası 29 rayon (şəhər) üzrə 144302 istehsalçıya 379006,01 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 26399889,30 manat məbləğində yardım ödənilməsi və 36 rayon (şəhər) üzrə 4186 istehsalçıya təhvil verdikləri 498100,47 kiloqram yaş baramaya görə 2490502,35 manat məbləğində subsidiyanın verilməsi barədə qərarlar qəbul edib.

Rayon (şəhər) və kənd ərazi komissiyaları üzrə yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə və yaş baramanın miqdarına görə subsidiya veriləcək istehsalçıların siyahısı, onların əkin sahələri, təhvil verilmiş yaş baramanın miqdarı və hesablanmış subsidiyanın məbləği barədə məlumatlar nazirliyin rəsmi internet səhifəsinin (http://agro.gov.az) “Subsidiyalar” bölməsində yerləşdiriləcək.



Xəbərin oxunma sayı : 478




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap