Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Robert Prosineçki “Barselona“nın PSJ-yə məğlubiyyətini dəyərləndirib

Tarix 17.02.17, 16:35

Font ölçüsü : - / +
bitmap-img6


Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki İspaniya "Barselona"sının Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin ilk oyununda Fransanın PSJ klubuna 0:4 hesablı məğlubiyyətini dəyərləndirib.

"Report"un məlumatına görə, "Jutarnji List"ə müsahibə verən 49 yaşlı mütəxəssis bildirib ki, futbolda belə təsadüflər olur. O, "Barselona"nın məğlubiyyətini futbol üçün müsbət hal kimi qiymətləndirib: Həyat kimi, futbolda da gözlənilməz şeylər baş verir. Futbolda mümkünsüz heç nə yoxdur. "Lester" necə İngiltərə Premyer Liqasının qalibi oldu? Bu, əladır! Avropanın "10-luğ"undakı komandaların daim ÇL-in 1/4 final, yarımfinal və final mərhələsinə yüksəlməsi necə görünərdi? PSJ-nin "Barselona"nı 4:0 hesabı ilə məğlub etməsi maraqlıdır. Bu, aydın tendensiyadır. Yüksəliş yaşayan klubların başına bu cür işlər gəlir".

Xorvatiyalı baş məşqçi "Messi harada idi?" sualını verənləri başa düşmədiyini də vurğulayıb. O, argentinalı futbolçunun hər oyunda yüksək səviyyədə çıxış etməsinin mümkünsüz olduğunu söyləyib: "Messi 10 il fantastik səviyyədə oynayıb. Bir gün hər şey alınar, bir gün yox. Burda məntiqsiz olan nə var? Soruşursunuz ki, "Messi harada idi"? Heç bir futbolçu 10 il ərzində bütün oyunları yüksək səviyyədə keçirə bilməz. İnanın mənə. Bir gün onlar pis oynayanda, hər kəs bunu soruşur. Kim bilir, bəlkə Messi oyundan öncə yaxşı yata bilməyib? Uzun illər heç kimin bacarmadığı şəkildə bizi heyrətləndirib. PSJ həqiqətən də yaxşı oynadı. Ancaq "Barselona" da zəif çıxış etdi. Vaxtilə "Barselona"da çıxış etməyimə rəğmən, düşünürəm ki, Parisdəki gecə futbol üçün yaxşı hadisədir".
Qeyd edək ki, Robert Prosineçki 1995/1996 mövsümündə "Barselona"nın formasını geyinib.

 



Xəbərin oxunma sayı : 172




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap