“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Rusiya Belarus sərhədinə iri qoşun qruplaşması yeritdi - 3 min hərbçi, 800 texnika...

Tarix 05.08.20, 18:44

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Belarusla sərhədə iri qoşun qruplaşması və çoxsaylı hərbi texnika yeridib. 

Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, bu addım Belarus tərəfinin Minsk ətrafında 33 rusiyalı muzdlunun saxlanılmasının ardınca sərhədə hərbi qüvvə yerləşdirməsinə cavabdır.

Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən dünən avqustun 4-də axşam yayılan rəsmi məlumata əsasən qvardiya ümumqoşun ordusunun 3 mindən çox hərbi qulluqçusu ölkənin qərbində taktiki təlimlərə cəlb olunub. “Voronej, Moskva, Bryansk, Belqorod, Smolensk və Kursk vilayətlərindəki poliqonlarda keçirilən taktiki təlimlərdə 800 vahiddən çox silah, xüsusi və hərbi texnika iştirak edəcək”,-açıqlamada deyilir.


Xatırladaq ki, Belarus tərəfi “Vagnerin ordusu” kimi tanınan Rusiya özəl hərbi şirkətinin muzdlularının avqustun 9-da keçiriləcək prezident seçkilərində ölkəni qarışdırmaq üçün göndərildiyini bildirir. Rusiya tərəfi bu deyilənləri rədd edir və muzdluların Belarus üzərindən üçüncü ölkəyə getməyi planlaşdırdıqlarını deyir. 

Ötən gün Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya tərəfinin bu versiyasını “uydurma” adlandırıb və hədələyib ki, əgər onun ölkəsində “rəngli inqilab” baş versə yanğın Vladivostoka qədər yayılacaq.






Xəbərin oxunma sayı : 2860




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap