Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Rusiya prezidenti Lavrov və Şoyqunu deputat görmək istəyir

Tarix 19.06.21, 19:21

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın hakim “Vahid Rusiya” partiyasının növbəti qurultayı keçirilib.

“Report” xəbər verir ki, qurultay bu ilin sentyabrın 17-dən 19-dək Dövlət Dumasına keçiriləcək seçkilərlə bağlı olub.

Rusiya Prezidenti Vladimir Putin qurultayda çıxışı zamanı müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, Rusiya prezidentinin uşaq hüquqlarının müdafiəsi üzrə səlahiyyətli nümayəndəsi Anna Kuznetsova, “İstedad və Uğur” təhsil fondunun rəhbəri Yelena Şmeleva və Kommunardakı xəstəxananın rəhbəri Denis Proçenkonun adlarını Dövlət Dumasına keçiriləcək seçkilərdə partiyanın federal siyahısına daxil edilməsini təklif edib.

Putin Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedevin adını çəkməyib. Dmitri Medvedev 2011 və 2016-cı il seçkilərində siyahıya başçılıq edirdi, siyahının federal hissəsində isə tək namizəd göstərilmişdi.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin sentyabrın 19-na təyin edilməsi barədə Fərman imzalayıb.

Dövlət Dumasına seçkilər 17-dən 19-dək, saat 08:00-dan 20:00-dək keçiriləcək. Seçkilərdə iştirak etmək hüququ olan 32 partiya siyahılarını iyulun 13-dək Mərkəsi Seçki Komissiyasına təqdim edə biləcəklər. Seçkilərin üç gündə keçirilməsi sanitar-epidemioloji vəziyyətlə bağlıdır.

Rusiya parlamentinin aşağı palatası olan Dövlət Duması 5 il müddətinə formalaşdırılır. Palatada 225 yer partiya siyahılarına uyğun, 225 yer isə birmandatlı dairələr üzrə tutulur.



Xəbərin oxunma sayı : 400




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap