“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Rusiya qırıcısı Qara dəniz üzərində ABŞ dronu ilə toqquşub

Tarix 14.03.23, 23:06

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya qırıcısı Qara dəniz üzərində ABŞ-nin dronuna çırpılıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ Avropa Komandanlığının mətbuat xidməti məlumat verib.

Məlumata görə, bu gün Qara dəniz üzərində Rusiyanın iki “Su-27” qırıcısı beynəlxalq hava məkanında kəşfiyyat aparan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “MQ-9” dronunun qarşısını almağa cəhd edib.

Səhər saatlarında “Su-27”lərdən biri “MQ-9 Reaper” dronuna çırpılıb. Toqquşmadan öncə Rusiya qırıcıları PUA-nın önündə “ağılsız manevrdə” uçublar.

“Bizim “MQ-9” dronumuz beynəlxalq hava məkanında adi əməliyyatlar yerinə yetirərkən Rusiya təyyarəsi tərəfindən ələ keçirilib və vurulub ki, bu da qəzaya yol açıb və “MQ-9”un tam itkisi ilə sonuclanıb. Rusiyalıların bu cür təhlükəli və qeyri-peşəkar davranışı az qala hər iki təyyarənin qəzasına yol açacaqdı”, - ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrikadakı komandanı, Hərbi Hava Qüvvələrinin generalı Ceyms Hekker bildirib.

O, həmçinin vurğulayıb ki, ABŞ və müttəfiqlərinin təyyarələri belə bir insidentə baxmayaraq, beynəlxalq hava məkanında əməliyyatları davam etdirəcək.



Xəbərin oxunma sayı : 481




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap