Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Rusiya sel daşqınları - 11 mindən çox ev su altında qaldı

Tarix 12.04.24, 13:35

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın Orenburq vilayətində 67 yaşayış məntəqəsində 11 mindən çox yaşayış binası su altında qalır.

Bu barədə regional hakimiyyət orqanları məlumat yayıb.

Qeyd olunur ki, daşqın səbəbindən dörd yaşayış məntəqəsində elektrik enerjisi verilişində fasilələr yaranıb.

Daşqın zonasından 10 700-dən çox insan, o cümlədən uşaqlar təxliyə ediliblər.

“Su basmış təsərrüfatlardan və şəxsi torpaqlardan 10 739 nəfər, o cümlədən 2 094 uşaq təxliyə edilib”, - deyə regional hökumətin açıqlamasında bildirilir.
Aprelin 12-də səhər saatlarında rayon administrasiyası məlumat verib ki, yerli vaxtla saat 04:00-a (Bakı vaxtı ilə 03:00) Orenburq vilayətində Ural çayında suyun səviyyəsi 1115 sm-ə yüksəlib. Cəmi dörd saat ərzində , müvafiq rəqəm 12 sm artıb.

Daha sonra şəhər rəhbərinin müavini Aleksey Kudinov xəbərdarlıq edib ki, aprelin 12-də Orenburqda daşqının pik həddə çatması gözlənilir. Onun sözlərinə görə, bundan sonra vəziyyət stabilləşməlidir. Proqnozlara görə, aprelin 14-dən etibarən Ural çayının müvafiq hissəsində suyun səviyyəsi azalmağa başlayacaq.



Xəbərin oxunma sayı : 835




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap