Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Rusiya Türkiyədə hərbi baza yaradacaq? – S-400 raketi ilə bağlı anlaşmada sensasion detal

Tarix 14.12.17, 20:53

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya S-400-ləri göndərməzdən öncə Türkiyə ilə hərbi-texniki iş birliyi razılaşması imzalaya bilər.

Bu barədə informasiyanı “Habertürk” qəzeti yayıb.

Qəzet bu müqavilə sayəsində Rusiyanın Türkiyədən baza tələb edəcəyini və bu bazanın 2019-cu ilə qədər yarana biləcəyini vurğulayıb:

“Rusiya Türkiyəyə S-400-ləri verməyə hazır və istəklidir. Ona görə ki, Moskva Krım, Qara dəniz, Suriya istiqamətində havadan təhlükəsizliyi təmin etməyi, Yaxın Şərqə inteqrasiya strategiyasını gücləndirməyi özünə hədəf götürüb. Rusiyanın “Rostex” korporasiyasının rəhbəri Sergey Çemezov S-400-lərin 2019-cu ilə qədər Türkiyəyə veriləcəyini ifadə edərkən, müdafiə sisteminin qurulmasından öncə Türkiyə ilə hərbi-texniki razılaşmanın imzalanacağını dedi. Əslində isə bu razılaşma sadəcə S-400-lərin satışı anlamına gəlmir.

Rusiya S-400-lərin Türkiyəyə verilməsindən öncə hərbçilərini yerləşdirəcəyi baza tələb edə bilər. Rus əsgərinin harada yerləşəcəyi, S-400-lərin harada olacağı və digər detallar bu razılaşmaya yazılacaq. S-400-lərin ilk 2 batareyası Suriya sərhədində, 1-i Aralıq dənizi yaxınlığında, sonuncusu isə Mərmərə dənizi, Boğazla, Egey və Qara dənizin təhlükəsizliyi üçün istifadə ediləcək.

Daha əvvəl Yunanıstan və İrana S-300-lər satan Rusiya hərbi liman, aerodrom və digər mükəlləfiyyətlər əldə edə bilmişdi. Türkiyədən də buna bənzər şeylər tələb edilə bilər”.

Axar.az



Xəbərin oxunma sayı : 100




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap