Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Rusiyadan yeni qərar! - Dost olmayan ölkələrə QADAĞAN EDİLDİ

Tarix 02.10.22, 17:00

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarından sonra qərb ölkələri ilə Rusiya arasında gərginlik artmaqda davam edir.

Musavat.com xəbər verir ki, Rusiyanın baş naziri Mixail Mişustin dost olmayan ölkələrin Rusiyaya quru nəqliyyatı ilə yük daşımalarının qarşısını alan fərman imzalayıb.

Fərmana əsasən, dost olmayan ölkələrin Rusiya ərazisindən avtomobil nəqliyyatı üçün istifadəsinə icazə verilməyəcək və qadağa 2022-ci il oktyabrın 10-dan dekabrın 31-dək qüvvədə olacaq.

Sərəncamda bildirilib ki, xarici dövlət nömrə nişanlı nəqliyyat vasitələrində olan mallar buraxılış məntəqələrində boşaldılaraq Rusiya və Belarus dövlət nömrə nişanlı nəqliyyat vasitələrinə yüklənərək ölkə ərazisinə gətiriləcək.

“Mallar xarici dövlətlərin nəqliyyat vasitələrindən boşaldılacaq, ölkələrin sərhəd bölgələrində Pskov, Kalininqrad, Leninqrad və Murmansk vilayətlərində, Kareliya Respublikası və Sankt-Peterburqdakı gömrük nəzarət məntəqələrində Belarus avtomobillərinə yüklənəcək", - deyə sərəncamda qeyd olunur.

Bildirilib ki, baş nazir Mixail Mişustinin imzaladığı fərman Rusiyanın Avropa ərazisində qalan yeganə bölgəsi olan Kalininqradı əhatə etmir.



Xəbərin oxunma sayı : 649




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap