Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

S&P Azərbaycanın beynəlxalq kredit reytinqini sabit saxlayıb

Tarix 27.05.17, 14:54

Font ölçüsü : - / +
bitmap-img6


26 may 2017-ci il tarixində “Standard and Poor’s” reytinq agentliyi Azərbaycanın uzunmüddətli və qısamüddətli xarici və milli valyutada suveren kredit reytinqlərini növbədənkənar qiymətləndirmə çərçivəsində dəyişməyərək müvafiq olaraq ‘BB+/B’ səviyyəsində saxlayıb.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, növbədənkənar qiymətləndirmənin keçirilməsinin səbəbi Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici öhdəliklərinin restrukturizasiya edilərək bir hissəsinin dövlətin suveren öhdəliklərinə ötürülməsi ilə bağlı planın açıqlanması olub.

“Standard and Poor’s”un mütəxəssisləri bəyan edib ki, ABB-nin xarici öhdəliklərinin restrukturizasiyası çərçivəsində dövlətin xarici borcunun ÜDM-ə nisbətdə artımı cari ilin yanvar ayında agentlik tərəfindən ölkə reytinqinin qiymətləndirilməsində nəzərə alındığından ölkənin suveren reytinqinə təsir etmir.

Maliyyə Nazirliyindən bildirilib ki, “Standard and Poor’s” tərəfindən Azərbaycanın beynəlxalq reytinqinin dəyişməz olaraq saxlanılması ABB-nin xarici borclarının restrukturizasiyası planının ölkənin beynəlxalq reytinqinə mənfi təsir göstərəcəyi və yeni borclanmalar üzrə faiz dərəcələrinin artacağı ilə bağlı yayılan xəbərlərin əsassız olduğunu sübut edir.



Xəbərin oxunma sayı : 121




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap