Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Sabah Bakının bu ərazilərində qaz olmayacaq - Xəbərdarlıq

Tarix 19.11.18, 22:58

Font ölçüsü : - / +
bitmap-img6


Sabah Bakının Xətai və Binəqədi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

AzFakt.com "Azəriqaz” İstehsalat Birliyinə istinadən bildirir ki, Xətai rayonu Ağ şəhər ərazisində yeni çəkilmiş diametri 400 mm-lik polietilen orta təzyiqli qaz xəttinin mövcud şəbəkəyə birləşdirilməsi və Binəqədi rayonu Cavadxan və M.Kazımovski küçələrinin kəsişməsində ayrılan yeraltı diametri 159 mm-lik orta təzyiqli qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, həmçinin Zahid Qəmbərov küçəsində yeni çəkilmiş diametri 315 mm-lik polietilen qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar, 20 noyabr 2018-ci il tarixdə saat 10:00-dan təmir işləri tamamlananadək Xətai rayonu, Xocalı, Nobel, Babək prospektləri, UPD qəsəbəsi, Yusif Səfərov, Sabit Orucov, Fəzail Bayramov küçələrinin eləcə də Binəqədi rayonunun 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə və Xutor qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq:

"Görülən zəruri təmir işlərinin Yeni Yasamal yaşayış massivi, Şərifzadə, Vasif Əliyev və Xıdır Mustafayev küçələrinin bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. "Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir".



Xəbərin oxunma sayı : 160




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap