Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Sabaha olan hava proqnozu – Temperatur artacaq

Tarix 22.06.17, 18:52

Font ölçüsü : - / +
bitmap-img6


İyunun 23-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək.

ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 18-20° isti, gündüz 25-30° isti, Bakıda gecə 18-20° isti, gündüz 27-29° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normada daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-75 %, gündüz 50-55% təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 20-21°, Türkan, Hövsan, Sahil, Şıxda 22-23° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 25-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 14-18° isti, gündüz 27-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 16-21° isti olacağı gözlənilir.



Xəbərin oxunma sayı : 112




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap