Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Sabahdan hava kəskin dəyişəcək: Bakıya yağış, rayonlara leysan yağacaq

Tarix 15.10.17, 19:43

Font ölçüsü : - / +
bitmap-img6


Oktyabrın 16-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, əsasən yağmursuz keçəcək.

AzFakt.com Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, günün ikinci yarısında arabir yağış yağacağı gözlənilir.

Axşam bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun yarımadada gecə 13-16°, gündüz 17-21°, Bakıda gecə 14-16°, gündüz 18-20° isti olacağı gözlənilir.

Sabah günün ikinci yarısından 17-si gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək.

Azərbaycanın rayonlarına gəlincə, oktyabrın 16-da şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 9-14°, gündüz 18-23°, dağlarda gecə 2-7°, gündüz 7-11° isti olacağı gözlənilir.`



Xəbərin oxunma sayı : 115




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap