![]() |
|



.jpg)





645.jpg)




Sabiq şöbə rəisi etiraf etdi: “Xidmət etdiyim müddətdə cinayət işləmişəm”
Tarix 20.06.22, 22:49 |
|

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, İstintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, İstintaq idarəsində 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və İstintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Sahib Ələkbərov ifadə verib.
O, 20 il xidmət etdiyini diqqətə çatdırmaqla ona 6 epizod üzrə ittiham verildiyini deyib.
İttihamların saxta olduğunu bildirən Sahib Ələkbərov həmin epizodlar üzrə zərərçəkən qismində tanınan şəxslərdən hədə-qorxu ilə pul almadığını və tələb etmədiyini, rüşvət almadığını qeyd edib. O, icraatında olan cinayət işləri üzrə birbaşa sabiq Baş prokuror Zakir Qaralov və onun 1-ci müavini Rüstəm Usubovun şifahi və yazılı göstərişlərini icra etdiyini deyib: “Mən istintaqa cəlb olunan şəxslərdən nə pul almışam, nə də tələb etmişəm. Kimsə pul tələb edibsə və alıbsa, prokurorluq, prokurorluğun Ağır Cinayətlər İdarəsi araşdırma aparsın, müəyyən etsin və məsuliyyətə cəlb etsin. Mən bu gün təqsirləndirilən şəxs qismində qarşınızdayamsa, mənim sağımda Zakir Qaralov, solumda Rüstəm Usubov dayanmalıdırlar. Onların hər biri bizim kimi bütün ölkə boyu rüsvay olmalıdır. Çünki burada baş verənləri mətbuat yazır. Hər kəlməmiz mətbuatda işıqlandırılır".
Bundan sonra Sahib Ələkbərov yazılı şəkildə hazırladığı vəsatəti elan edib. O, sabiq baş prokuror Zakir Qaralovla onun 1-ci müavini Rüstəm Usubovun məhkəmə prosesinə şahid qismində dəvət edilmələrini tələb edib: “Zakir Qaralovla Rüstəm Usubovun bu məhkəmə prosesində şahid qismində dindirilmələri olduqca vacibdir. Bu iki şəxs məhkəmədə dindirilmədən siz obyektiv, qanuni qərar qəbul etmək imkanında deyilsiniz. Çünki MTN-in İstintaq idarəsinə daxil olan material birbaşa Baş prokuror Zakir Qaralovun müavini Rüstəm Usubova məruzə edilirdi. Onun göstərişi əsasında material üzrə cinayət işinin başlanması və ya rədd olunmasına dair qərar verilirdi. Cinayət işinin başlanması haqda qərarda ayrıca bənd olurdu. Həmin bənddə 24 saat ərzində işə nəzarət edən prokurora qəbul olunmuş qərarın surətinin göndərilməsi tapşırılırdı”.
Bu yerdə Sahib Ələkbərov bir qədər əsəbi və yüksək tonda hakim Elbəy Allahverdiyevə müraciət edib, törədilmiş vəzifə cinayəti barədə məlumat vermək istədiyini açıqlayıb.
Hakim təqsirləndirilən şəxsə həmin cinayət haqda məlumat verməsi üçün şərait yaradıb və ona qışqırmadan danışmasını tövsiyə edib.
Daha sonra Sahib Ələkbərov qeyd edib: “Mən xidmət etdiyim müddətdə bir cinayət törətmişəm. Bu gün də həmin cinayətə görə məsuliyyət daşımağa hazıram. Hacı Məmmədovun mütəşəkkil cinayətkar dəstəsinin cinayətlərini araşdıran istintaq qrupunun üzvü olmuşam. İstintaq zamanı üzə çıxdı ki, “Knauf” şirkətimin rəhbərlərindən olan Rəna Nəsibova Hacı Məmmədovun dəstəsinin cinayətləri barədə Baş prokuror Zakir Qaralova ətraflı yazılı məlumat verib. Müraciətindən sonra, o zaman Rəna Nəsibovanı Zakir Qaralovun 1-ci müavini Rüstəm Usubov dinləyib. Rəna Nəsibova Rüstəm Usubova Hacı Məmmədovun dəstəsinin üzvü olan çeçenlərdən biri ilə münasibətinin olduğunu açıqlayıb. Deyib ki, Hacı adlı polis əməkdaşının adam oğurlayan və silsilə qətllər törədən dəstəsi var. Həmin çeçen Rəna Nəsibovaya Bakıda adam oğurluqları və silsilə qətllərlə bağlı çox ciddi məlumatlar vermişdi. Rəna Nəsibovaya deyirmiş ki, filan gün, filan saatda Bakıda qətl törədiləcək. Dediyi vaxtda qətl törədilirmiş. Deyirmiş ki, adam oğurlanacaq, oğurlanırmış. Rəna Nəsibova bütün bildiklərini Rüstəm Usubova deyib, o da MTN-ə və Daxili İşlər Nazirliyinə formal olaraq məktub yazmaqla işini bitmiş hesab edib. Rüstəm Usubov bu məktubu yazandan az sonra “Knauf” şirkətinin ofisində Rəna Nəsibovanın meyiti aşkar olunmuşdu. Hadisə yerinə ilk gedən də elə Rüstəm Usubov olmuşdu. Ekspertdən rəy alınmışdı ki, Rəna Nəsibovanın ürəyi bulanıb, qaytarıb və boğulub ölüb. Araşdırdıq, məlum oldu ki, Rəna Nəsibova öldürülüb. O zaman istintaq qrupunun üzvü olaraq Rüstəm Usubovun dindirilməsi mənə həvalə olundu. Dindirmə zamanı Rüstəm Usubovun əməlində cinayət olduğunu müəyyən etdim. Ona sual verdim ki, Rəna Nəsibovanın verdiyi məlumatar əsasında hansı qanuni tədbirlər görülüb. Məlum oldu ki, Rüstəm Usubov qeyd etdiyim kimi, 2 məktub yazmaqdan başqa hər hansı bir tədbir görməyib. Bu məsələni Mövlam Şıxəliyevə məruzə etdim. O da Rüstəm Usubovun həbs edilməsinə göstəriş verdi. Amma mən həmin o göstərişi icra etmədim. Buna görə peşimanam. Həmin vaxt o göstərişi icra etsəydim, bu gün burada olmazdım. Sizdən xahiş edirəm ki, Rüstəm Usubovun bu məhkəmə prosesində şahid qismində dindirilməsini təmin edəsiniz. Onun mənimlə o zamandan, onu dindirməyimlə əlaqədar şəxsi ədavəti var. Ona görə də məni də bu işə qatıb və bu gün sizin qarşınızdayam. Mən buradayamsa, Rüstəm Usubov da burada cavab verməlidir”.
Təqsirləndirilən Sahib Ələkbərovun çıxışına zərərçəkən Qulam Bağırov “sənə halaldır” - deyə replika verib və hakimdən söz istəyib. Elbəy Allahverdiyev Qulam Bağırova fikirlərini çatdırmaq üçün şərat yaradıb: “Sahib Ələkbərov, mənim qardaşımdan aldığın pul kimə çatıb? Bunu aç, de! Özün mənə demisən ki, qardaşından aldığım 135 min manatın 25 min manatını məhkəməyə vermisən. Dedin ki, 25 mini hakimə verirsən ki, mənə aidiyyəti olmayan cinayət işində barəmdə saxta hökm çıxarsın...”
Bundan sonra təqsirləndirilən şəxs Vüsal Ələkbərov məhkəmədən söz istəyərək Sahib Ələkbərovun vəsatətini dəstəklədiyini bildirib:
"Mən Zakir Qaralov və Rüstəm Usubova görə bir hökmlə təqsirim olmadan 12 il müddətinə azadlıqdan məhrum olunmuşam. Əmlakım da müsadirəyə götürülüb. 5 il cəzaçəkmə müəssisəsində dustaq həyatı yaşamışam. Bu gün məni yenə də günahım olmasa da, təkrarən sizin hüzurunuza çıxarıblar. Mən ikinci dəfə bu həyatı yaşamayacağam. Hər şeyi olduğu kimi açıb deyəcəyəm. Gözləyirəm ki, Zakir Qaralov, Rüstəm Usubov özləri gəlib burada izah versinlər. Desinlər ki, nə, necə olub. Hansı qaydada, hansı şəkildə cinayət işi başlanılmasına, qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi, hansı qaydada məhkəməyə göndərilməsi baş verib. Sizdən də xahiş edirəm ki, Sahib Ələkbərovun Rüstəm Usubovla bağlı vəsatəti təmin edilsin. Rüstəm Usubov burada şahid qismində dindirilsin".
Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov məhkəmənin diqqətinə çatdırıb ki, zərərçəkənlərin çoxunun barəsində qanuni ittihamedici hökm qüvvədədir. Belə bir halda təqsirləndirilən şəxslərə həmin zərərçəkənlərin epizodları üzrə ittiham irəli sürmək qanunsuz olub.
Vəkil müvəkkilinə verilmiş ittihamın qanunsuz olduğunu xüsusi olaraq hakimin diqqətinə çatdırıb.
Hakim isə vəkilin sözlərinə “bu məsələni açıb-ağartmağa ehtiyac yoxdur” deməklə reaksiya verib.
Bundan sonra zərərçəkən Əfsəl Həsənəliyev söz istəyib. O, təqsirləndirilən Sahib Ələkbərovun vəsatətini dəstəkləyib: “Mənə qarşı cinayət Zakir Qaralovla Rüstəm Usubovun birbaşa rəhbərliyi altında törədilib. Mövlam Şıxəliyevgil məni həbs adı ilə girov götürüb 5 ay qanunsuz həbsdə saxladılar. Ailəmdən evimi banka girov qoydurmaqla 50 min dollar pul aldılar. Saxta cinayət işini Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərdilər. Məhkəmənin sədri Kəramət Əliyev də bunlara qoşulub bizdən pul tələb elədi. Barəmizdəki saxta ittiham aktını hökmə köçürdü, bizi məhkum elədi. 2014-cü ildə mən Baş Prokurorluğa şikayət elədim. Kəramət Əliyevin bizdən pul tələb etməsinə dair səs yazılarını ortaya qoydum. Zakir Qaralov əməliyyat müşavirəsi keçirdi, mənə də ora dəvət elədilər. Elə bildim ki, məsələ həllini tapacaq. Zakir Qaralaov isə orada göstəriş verdi ki, gedin Əfsəl Həsənəliyevin dediklərini təkzib edən izahatlar alın, cinayət işinin başlanmasını rədd edin! Zakir Qaralovun cinayətə bərabər tapşırığını yerinə yetirdilər və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxardılar. 2015-ci ildə MTN-dəki mütəşəkkil cinayətkar dəstə dağıdılandan sonra Zakir Qaralov əl-ayağa düşdü, şikayətimi də o zaman hazırda burada araşdırılan cinayət işinə əlavə etdilər. Mən Sahib Ələkbərovun vəsatətini dəstəkləyirəm, eyni zamanda, vəkilim, hörmətli Osman Kazımov mənim vəsatətimi də təqdim edəcək”.
Vəkil Osman Kazımov vəsatəti elan etməzdən əvvəl Sahib Ələkbərovun vəsatətini dəstəklədiyini açıqlayıb.
Bundan sonra təqdim edəcəyi vəsatəti elan edib.
Məlum olub ki, müvəkkili Əfsəl Həsənəliyev Zakir Qaralovla yanaşı onun 1-ci müavini olmuş Rüstəm Usubovun, MTN müstəntiqi Nadir Mustafayevin və hakim Kəramət Əliyevin məhkəmədə şahid qismində dindirilməsini istəyir.
Zərərçəkən Zaur Əliyev də həm təqsirləndirilən, həm də zərərçəkənin vəsatətlərini dəstəklədiyini bildirib: “Məhkəmə istintaqı zamanı açıq-aşkar göründü ki, bu gün mühakimə olunan mütəşəkkil cinayətkar quldur dəstənin ən aktiv üzvləri, kecmiş baş prokuror Zakir Qaralov və onun 1-ci müavini Rüstəm Usubovdur. Onlar vəzifəli şəxs olaraq Mövlam Şıxəliyevi, bu gün məhkəmə qarşısında olan bütün dəstəni himayə ediblər. Zakir Qaralov və Rüstəm Usubov Mövlam Şəxəliyev və başının quldur dəstəsinin birbaşa iştirakı ilə mən də daxil olmaqla, 36 nəfər vətəndaşın girov götürülməsinə şərait yaradır, bunlar da pul və mal alınandan sonra işi məhkəməyə göndəriblər. Həbs adı ilə girov götürülmüş, mən də daxil olmaqla, Azərbaycan vətəndaşlarından alınan pulun bölgüsündə Zakir Qaralovla Rüstəm Usubovun xüsusi payı olub. Məhkəmə zamanı sadaladıqlarım öz təsdiqini tam olaraq tapdı. Azı 10 zərərçəkən, Mövlam Şıxəliyev və onun dəstəsi dəfələrlə ifadələrində bildirdilər ki, MTN-nin İstintaq Baş İdarəsində cinayət işləri üzrə ibtidai istintaqa birbaşa Baş prokuror Zakir Qaralovun 1-ci müavini Rüstəm Usubov nəzarət edib. Onun şifahi və yazılı göstərişi əsasında cinayət işin başlanılması, qətimkan tədbirin secilməsi və dəyişdirilməsi, əməlin Cinayər Məcəlləsnin müvafiq maddəsi ilə tövsüf edilməsi həyata kecirilib.
Konkret olaraq mənim qanunsuz olaraq həbs olunmağım, faktiki olaraq girov götürülməyimlə bağlı iş üzrə aşagıda sadaladıgım şəxslərin məhkəməyə dəvət edilərək əlavə şahid qismində dindirilməsinin təmin olunmasını xahiş edirəm: sabiq baş prokuror Zakir Qaralov; 1-ci müavini Rüstəm Usubov, hakim Əfqan Haciyev, MTN İstintaq Baş İdarəsində rəis müavini Təhsin Ağayev məhkəməyə dəvət olunsunlar”.
Proses gələn həftə davam etdiriləcək.
İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Xəbərin oxunma sayı : 490
loading...
Hadisə
Xəbərlər
-
Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 104 il ötür
-
Səmra hovuzdan görüntülərini paylaşdı – VİDEO
-
Onlar 25 ildən çoxdur deputatdır - SİYAHI+FOTO
-
“Putinin qələbəsi fəlakətə səbəb olacaq“ - Boris Conson
-
Kondisionerli dayanacağın bu görüntüləri müzakirələrə səbəb oldu – Rəsmi açıqlama
-
Azərbaycan Prezidenti Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib - FOTO
-
Bakıdan Füzuliyə ilk müntəzəm avtobus marşrutu açıldı - VİDEO
-
Xalqların Rusiyaya münasibəti necə dəyişib? – Sorğu
-
Yay mövsümündə haraya gedək? - Bölgə turizminin ənənəvi problemləri
-
Baş nazir Ələt Azad İqtisadi Zonası ilə bağlı tapşırıqlar verib - FOTO
-
“Mançester Yunayted“ tarixinin ən yaxşıları - Ronaldo yoxdur
-
Sumqayıtda su və kanalizasiya xəttinə görə dağıdılan yol asfaltlanmayıb - VİDEO
-
Tanınmış vəkil həbs edilib - Təfərrüat açıqlanmır, amma...
-
Çin Tayvanı hərbi yolla geri almağa hazırdır - Rəsmi Pekin
-
Hücum rus ordusuna baha başa gəldi – Ağır itkilərlə geri çəkildi
-
Yıldız Tilbe yağışın altında rəqsi ilə diqqət çəkdi - VİDEO
-
“Azərbaycan Prezidenti ordunun bundan sonra da gücləndiriləcəyini vurğulayır” - Məhərrəm Əliyev
-
“Ərzaq təhlükəsizliyimiz təhdid altındadır“ - Moldova Prezidenti
-
Bu gün İlham Əliyevin “general-leytenant” rütbəsi verdiyi hərbçilər kimlərdir? - FOTO
-
Yoluxma sayı açıqlandı - Koronavirus statistikası
-
Rusiya Moldovaya hədə-qorxu gəldi: “Moskvadan cavab gecikməyəcək”
-
Oğuzda yarıməsrlik ağacları kim qurudub? - VİDEO
-
Bir qrup hərbçiyə ali hərbi rütbələr verilib - SƏRƏNCAM
-
Deputatdan Tahir İmanova cavab: “Mənim 250 minlik maşınım yoxdur” - VİDEO
-
Prezident Vətən müharibəsində fərqlənən bir qrup hərbçini təltif edib - SİYAHI
-
“Ukraynada müharibə uzun çəkəcək” - Stoltenberq
-
Avtobus az, tələbat çoxdur: Şuşaya nə üçün bilet tapılmır?
-
“Artıq Türkiyə başqalarının ssenarilərində fiqur deyil” - Çavuşoğlu
-
Sevil-Sevinc bacıları əsəbiləşdilər: “Bizi alan yoxdur” - FOTO
-
Bakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
-
“NATO ölkələri Ukraynaya tam yardım paketi ilə bağlı razılığa gələcəklər“ - Baş katib
-
“Yüzlərlə tələbi yerinə yetirmişik” - Zelenski
-
Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb - VİDEO
-
Azərbaycanın ABŞ-dakı səfiri Prezident Cozef Baydenlə görüşüb - FOTO
-
“Bunun adı qardaş köməyidir” - Türkiyə səfiri Azərbaycanın yardımı barədə
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Bu avtobuslarda kondisionerlər niyə işləmir? - VİDEO
-
“Sizin qələbəniz iradənin əyani sübutudur“ - Mehriban Əliyeva
-
İcra başçısı vergi borcu olan şirkətlə 440 min manatlıq müqavilə bağlayıb - FOTO
-
Rusiyaya təzyiq, Çinə nəzarət – “Reuters”
-
Bölgələrdə internet problemi nə vaxt həll olacaq? – VİDEO
-
“Meşə yanğınını törədənlərin cəzası edam olmalıdır” - Ərdoğan
-
Azərbaycan Ordusunun Baş Qərargah rəisi MDB-nin iclasında iştirak edib - FOTO
-
Nura Suri Kolumbiyada klip çəkdirdi - VİDEO
-
Asensio seçim qarşısında: “Milan“, yoxsa “Liverpul“?
-
“İnstagram“da yeni funksiya: Bəziləri sevinəcək, bəziləri...
-
“Ukraynada Rusiyanın 4 generalı və 21 polkovniki ölüb” - BBC
-
Mason emblemli malikanəsi olan generel təşvişdə - FOTO
-
Zaqatalada itkin düşən Hindistan vətəndaşının axtarışına təlim keçmiş itlər cəlb olundu - VİDEO
-
Prezident “Qida təhlükəsizliyi haqqında“ qanunu təsdiqləyib - Qanunun tam mətni
-
Elçin Babayevin rektor fiaskosu: Bakı Dövlət Universitetində nə baş verir?
-
Şuşada ilk binaları bu şirkət tikəcək – 15 milyon manata
-
Təhsil şöbəsinin müdiri direktora hücum edib? - İDDİA
-
Bakıda güclü külək əsəcək, rayonlarda yağış yağacaq - Xəbərdarlıq
-
“Milli Ordumuzun hərb tarixinə yazdığı Zəfər səhifəsi 104 illik yolun təqdimatıdır“ - Vüqar Rəhimzadə
-
DTX əməliyyat keçirdi - İki nəfər saxlanıldı + FOTO
-
Yoluxma sayı açıqlandı - Koronavirus statistikası
-
Tahir İmanov meyvə ala bilməyən deputatı lağa qoydu: 250 minlik “Bentley”, yoxsa 8 manata gilas? - VİDEO
-
“ATƏT-in Minsk qrupu fəaliyyətini dayandırıb” - Lavrov səbəbini aşıqladı
-
“Azərbaycan sülh müqaviləsi üzərində işləməyə hazırdır” - Ceyhun Bayramov
-
Ərdoğan azərbaycanlı yanğınsöndürənlərlə görüşdü - FOTOLAR
-
Partiya sədrləri Həkəri çayına balıq buraxdılar - FOTO
-
“Sülh prosesi formatın girovu ola bilməz” - Azərbaycan XİN rəhbəri
-
Cozef Bayden 907-ci düzəlişin dayandırılması müddətini uzadıb
-
“Rusiya Ukraynada “Vaqner”in qırıcı təyyarələrindən istifadə edir“ - Britaniya kəşfiyyati
-
“Ermənilər Laçın istiqamətində mövqelərimizi atəşə tutub“ - Azərbaycan MN
-
“Qarabağın bərpasında QDTİB-in iştirakını zəruri sayırıq“ - Maliyyə naziri
-
Sergey Lavrov Şəhidlər xiyabanında - VİDEO
-
Türkiyədə cinayətdə ittiham olunan şəxs Azərbaycanda klinİka açır – Sensasiyalı faktlar + FOTOLAR
-
“Xarici ticarət dövriyyəsi 74 faizdən çox artıb” - Nazir
-
Bakıda memarlıq abidəsi olan yaşayış binası dağıdılıb: Sakindən şikayət - FOTO
-
Tərtərdə 21 yaşlı qızı iki dəfə qaçırdılar: Anasının yanında döyüb, nömrəsiz maşınla aparıblar - İDDİA
-
Qiyabi təhsil alan tələbələrə də təhsil krediti verilə bilər - Rəsmi
-
“Zərərsizləşdirilən Rusiya hərbçilərinin sayı 34 500-ü ötüb“ - Ukrayna Baş Qərargahı
-
“Neft və məhsulların qiymətləri nəzarətdən çıxıb” - ABŞ Federal Ehtiyatlar Sistemi
-
Sumqayıtda 1 milyon manatlıq abadlıq işləri görüləcək - TENDER
-
Paytaxt yollarında son vəziyyət: Sıxlıq olan küçələrin SİYAHISI
-
Bred Pitt kino karyerasını bitirir: “Son nəfəsdə olduğumu hiss edirəm”
-
“Belə savadsızın oxuduğuna qulaq asa bilmərəm“ - Qalmaqal+Video
-
Günün transfer xəbərləri: PSJ-nin yeni baş məşqçisi açıqlandı
-
“Dəqiq qalib gələcəyik” – Zelenski
-
Putinin dünya arenasına qayıdışı – CNN
-
Geyimi hədiyyə paketinə bənzədildi: Damla özünü Elzaya oxşadır? - FOTO
-
“Əminəm ki, göstərdiyimiz səylər Ermənistan tərəfindən müsbət qəbul ediləcək“ - Prezident
-
Məktəb direktoru intihara cəhd etməsinin səbəbindən DANIŞDI: Təhsil idarəsinin rəisi onu niyə hədələyir?
-
Körpə balıqlara qənim kəsilən şəxslər SAXLANILDILAR - VİDEO
-
Prezident İlham Əliyev Sergey Lavrovu qəbul edib - FOTO/VİDEO
-
Meymunçiçəyi pandemiya elan olundu - “Milyonlarla insan öləcək, kor və əlil olacaq“
-
Quru sərhədləri nə vaxt açılacaq? - Deputat mərhələli həll variantı təklif edir
-
“Sual yaranır ki, bu xanım necə gəlib düşdü MM-ə?” - Siyavuş Novruzov
-
“Türk kəşfiyyatı İranın İsrail vətəndaşlarına sui-qəsd planını aşkara çıxarıb” - Yair Lapid
-
Atasını küt alətlə öldürən şəxsə hökm oxundu - 5 il həbs cəzası
-
Prezidentin tapşırığı ilə nardaranlılara verilən torpaq sahələri zəbt edilib - MÜRACİƏT
-
“Sel Goranboyda 306 məcburi köçkünün evinə ziyan vurub“ - “Qaçqınkom“
-
Məhkəmədə hakimlə vəkil arasında insident baş verib
-
İyunun 27-dək rayonlarda şimşək çaxacaq, güclü külək əsəcək - Xəbərdarlıq
-
Azərbaycan və Özbəkistan böyük uğurlar qazanmış qüdrətli müstəqil dövlətlərdir
-
Son sutkada koronavirusa yoluxma sayı açıqlandı - Statistika
-
Azərbaycanda mal və qoyun ətinin ucuzlaşacağını gözləməyə dəyməz? - ARAŞDIRMA
-
Küləkli hava şəraiti nə vaxta kimi davam edəcək?
-
“Dövlət büdcəsinə transfertin azalması layihələrin maliyyələşdirilməsinə təsir etməyəcək“ - ARDNF
-
Azərbaycan və Özbəkistan arasında münasibətlər yüksələn xətlə inkişaf edir
-
Sahibkarlara dəstək davam edir: Nazir ayrılan kreditlərdən yazdı - FOTO
-
Rəsul Rzanın ev-muzeyi yaradılacaq - SƏRƏNCAM
-
Azərbaycan və Özbəkistan dövlətlərinin regional və beynəlxalq məsələlərə dair mövqeləri üst-üstə düşür
-
Dilarə yataqdan görüntülərini paylaşdı: “Səhərlər də gözələm” - VİDEO
-
“İlan adası”nda Rusiya bölmələri və silahları məhv edilib - Administrasiya
-
“Qudyalçay” qum-çınqıl yatağında oğurluq: 48 min manatlıq ziyan dəydi
-
“Növbəti 7 ay üçün neftin büdcədə qiymətini 70 dollara kimi artırırıq“ - Samir Şərifov
-
İmzanlanmış siyasi Bəyannamə gələcək fəaliyyətimizin yol xəritəsidir
-
“Azərbaycan qeyri-neft ixracını 31% artırıb” - Mikayıl Cabbarov
-
“İşğalçılar ukraynalıları Rusiya pasportu almağa məcbur edirlər” - VİDEO
-
Fətullah Gülənin qardaşı qızı Yunanıstana qaçarkən tutuldu - FOTO
-
Məktəb direktoru olmaq istəyənlərin NƏZƏRİNƏ: Sənəd qəbulu başlayır
-
Prezident Rumıniya nümayəndə heyətini qəbul edib - FOTO/VİDEO
-
“Avtoş”luq edən əsgərin atası: “Adam öldürməyib, uşaqdır da, bir az gecikməsi olub” - FOTO
-
“Xəzər dənizində başqa ölkələrin təlimlərdə iştirakı qadağandır“ - İran prezidenti
-
“İsveç və Finlandiyanın tezliklə Alyansa üzv olacağına zəmanət verə bilmərəm“ - Baş katib
-
Beyləqanda pambıq yığımı zamanı kütləvi zəhərlənmə - Araşdırma aparılır
-
Azərbaycan pilotları “Anadolu Qartalı - 2022” təlimində - FOTOLAR
TOP 10
ARXİV