“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Sabiq nazirlə bağlı yeni iddia: oğlu 11 milyon dollarlıq hesabat verib

Tarix 08.09.19, 17:30

Font ölçüsü : - / +
bitmap-img6


"Bu gün də Lətif Bağırov nə Almaniyada, nə də İngiltərədə hər hansı mülkün sahibi deyil. İngiltərədə şirkətlərin qurulması üçün cəhdlər edilib, ancaq bu cəhdlər yekunda uğursuzluqla nəticələnib, ya da şirkət qeydiyyatdan keçirilib, ancaq fəaliyyət olmayıb. Yazıda göstərilən məlumatlar həqiqəti əks etdirmir".

AzFakt.com xəbər verir ki, bu sözləri ötən ilin dekabrında oğlunun xaricdəki biznesi ilə bağlı araşdırmalara cavab olaraq keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

İndisə araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkədəki səhifəsində sabiq nazirin bu sözlərini xatırladaraq, yeni faktlar açıqlayıb, sənədlər yayıb.

C.Həsənli yazıb ki, sabiq nazirin oğlu Lətif Bağırov Almaniyadakı biznesi ilə bağlı adıçəkilən ölkənin müfaiq qurumlarına 11 milyon dollarlıq maliyyə hesabatı verib: "İndi sizə Lətif Bağırovun Almaniyadakı WU Immo Center GmbH şirkətinin üç illik maliyyə hesabatını təqdim edirəm. Baxın, cənab Bağırovun oğlu 3 il ərzində Almaniya maliyyə idarəsinə şirkəti ilə bağlı nələr təqdim edib. Söhbət təxminən 11 milyon avrodan gedir...".

Məsələ ilə bağlı sabiq nazirlə əlaqə yara bilmədik. 

Onun da münasibətini dinləməyə hazırıq.

















Xəbərin oxunma sayı : 478




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap