Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Saleh Məmmədov etimadı doğruldur - Ölkə yolları əmin əllərdə

Tarix 27.09.19, 10:35

Font ölçüsü : - / +
bitmap-img6


Ziya Məmmədovun nəqliyyat naziri vəzifəsində çalışdığı dönəmdə yol təsərrüfatı ilə bağlı ciddi narazılıqlar var idi. Dövlət büdcəsindən milyardlarla manat vəsait ayrılmasına baxmayaraq, istər paytaxt Bakıda, istərsə də regionlarda yolların yenidənqurulması, yaxud yeni yol çəkilişləri ləng gedirdi. Digər tərəfdən, yeni təmir olunan yollar qısa müddətdən sonra bərbad vəziyyətə düşürdü. Hətta uzun illər istismara yararlı olacağı barədə zəmanət verilən yolların belə bir neçə ildən sonra dağılmış vəziyyətə düşməsinin şahidi olurduq. 

Bakı-Quba-Rostov yolunu buna misal çəkmək olar. Ziya Məmmədov bu beton yola 30 il zəmanət vermişdi. Lakin bir neçə ildən sonra həmin yol acınacaqlı vəziyyətə düşdü. Nəhayət, Ziya Məmmədov Nəqliyyat Nazirliyinin ləğv edilməsi nəticəsində nazir postunu itirdi. Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azəryolservis” müstəqil quruma çevrildi və Saleh Məmmədov oranın rəhbərliyinə gətirildi. Cəmiyyətdə yolların yenidən qurulacağına, ümumiyyətlə yol təsərrüfatında ciddi irəliləyişlərin olacağına ümid yarandı.

saleh məmmədov musavat.com ile ilgili görsel sonucu

Son illər aparılan müşahidələr göstərir ki, Saleh Məmmədov ona olan ümidləri doğrultmağa çalışır. “Azəryolservis”in əvvəlcə dəfələrlə təmir olunmuş, lakin qısa müddətdən sonra dağılan yolların bərpasına başladı. Xüsusilə Bakı-Quba-Rostov yoluna diqqət ayrıldı. Daha bərbad vəziyyətdə olan bu yolun Bakı-Sumqayıt hissəsində bərpa işləri qısa müddətdə başa çatdırıldı. 



Daha sonra kənd yollarının yenidənqurulmasına başlandı. Məlumat üçün deyək ki, son iki il ərzində prezident İlham Əliyev tərəfindən kəndlərarası avtomobil yollarının tikintisi üçün 685 min əhalinin yaşadığı, 423 yaşayış məntəqəsini birləşdirən 962 kilometr uzunluğunda yolun ikintisi üçün 32 şəhər və rayon üzrə 41 sərəncam imzalanıb. Hazırda bu istiqamətdə ciddi işlər aparılır.



Hazırda “Azəryolservis” Şabran, Şəmkir, Tovuz, Qəbələ və Şamaxıda daxili yolların yenidən qurulması ilə məşğuldur. Bundan başqa, uzun illərdi bərbad vəziyyətdə olan və vətəndaşların ciddi narazılığına səbəb Xırdalan şəhərinin mərkəzi yollarının da yenidən qurulmasına başlanılıb.

Ümümiyyətlə, ölkə başçısının imzaladığı 81 Sərəncama əsasən, 48 rayon və şəhər ərazisində 3,2 milyon nəfər əhalinin yaşadığı 761 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 1816 kilometr olan avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinə başlanılıb.

Bu günə kimi, cəmiyyət tərəfindən 2 milyon nəfər əhali yaşayan, 370 yaşayış məntəqəsini birləşdirən uzunluğu 1030 kilometr olan 56 layihənin icrası uğurla başa çatdırılıb.

Müşahidələr göstərir ki, ölkə başçısının da ciddi nəzarətində olan bu sahədəki irəliləyişlər yollarla bağlı hakimiyyətə olan tənqidlərin azalmasına səbəb olub.



Xəbərin oxunma sayı : 1255




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap