“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Salyan sakini Bakıda “Vinçester”lə adam güllələdi, silahı Kürə atdı - TƏFƏRRÜAT

Tarix 07.11.19, 17:51

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda odlu silahdan istifadə etməklə xuliqanlıq edən keçmiş məhkum saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində odlu silahdan istifadə edilməklə ictimai qaydanı kobud sürətdə pozaraq xuliqanlıq cinayəti törədən və bununla da qəsdən sağlamlığa ağır zərər vuran Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Azər Orucov tutulub.

Belə ki, cari il avqust ayının 5-də gecə saatlarında Azər Orucov tanışı Ramal Sadıqovun idarə etdiyi “Mersedes” markalı avtomobillə Atatürk prospektinə gələrək üzərində olan “Vinçester” markalı ov tüfəngindən atəş açaraq paytaxt sakini Ziyadxan Sədiyevə həyat üçün təhlükəli olan ağır bədən xəsarəti yetirərək xuliqanlıq edib.

Saxlanılan zaman Azər Orucov ifadəsində etdiyi cinayəti etiraf edərək hadisə zamanı istifadə etdiyi odlu silahı Salyan sayonunda Kür çayına atdığını bildirib.

Polis Bölməsində hal şahidlərinin iştirakı ilə Azər Orucovun üzərində şəxsi axtarış aparılan zaman ondan şəxsi istehlak miqdarından artıq çəkidə psixotrop maddələr olan metamfetamin və MDMA həbləri aşkar olunaraq götürülüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. Azər Orucovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa onlardan aidiyyatı üzrə Nərimanov Rayon Polis İdarəsi etmələri xahiş olunur.



Xəbərin oxunma sayı : 442




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap