Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Salyan seçiciləri Fəzail Ağamalıya etiraz edirlər - Onlar “Ana Vətən” sədrindən yorulub və “doyublar”...

Tarix 13.01.20, 14:45

Font ölçüsü : - / +
bitmap-img6


“Biz, Salyan rayonunun Noxudlu, Çuxanlı, Kolanı, Kərimbəyli sakinləri Fəzail Ağamalının yenidən bizim dairədən namizəd olmasına etiraz edirik”…

Redaksiyamıza 60 saylı Salyan- Neftçala seçki dairəsinin bir qrup seçicisi təfərindən çox maraqlı və qeyri-adi məzmunlu müraciət daxil olub. Müraciətin mətnini ixtisarla oxucularımızın diqqətinə cəlb edirik:

“Milli Məclisin çoxillik deputatı Fəzail Ağamalı öz namizədliyini yenidən irəli sürüb və onun namizədliyi qeydə alınıb. Yenə də əvvəl “seçildiyi”, yaxından-uzaqdan heç bir əlaqəsinin olmadığı, qohum-əqrəbasının yaşamadığı dairədən - 60 saylı Salyan-Nefçala seçki dairəsindən. Hansı ki, hər seçkidə bu dairənin seçiciləri onu açıq və kəskin etirazla qarşılayıbırlar. Lakin hakimiyyət Fəzail Ağamalı resurslarının hesabına MM deputatlığı vəsiqəsini çəkinmədən cibinə qoyub. Salyanlıları Milli Məclisdə təmsil edən bu şəxs rayondan o qədər çəkinir ki, buğda əkini üçün sahəni özünə Salyan-Neftçala ərazisndə yox, Beyləqan rayonunda, Haramı düzündə götürüb. (Məlumatsız oxucunun diqqətinə çatdıraq ki, Fəzail Ağamalı təxminən 8 il əvvəl özünü fermerlikdə də sınamağa qərar verib və Haramı düzündə 80 ha yer icarəyə götürərək taxıl əkmiş və təsərrüfatı “gözündən batırmışdı”-red.)

İndi belə halı ilə yenidən həmin dairədən deputat olmaq istəyir. Rayonun bir çox kəndlərinin sakinləri onları MM-də Fəzail Ağamalını təmsil etməsinə çox açıq etiraz edirlər. Biz, Salyan rayonunun Noxudlu, Çuxanlı, Kolanı, Kərimbəyli sakinləri Fəzail Ağamalının yenidən bizim dairədən namizəd olmasına etiraz edirik. Biz artıq Fəzail Ağamalıdan yorulmuşuq və “doymuşuq. Bu şəxsə bu günə kimi 60 saylı Salyan-Nefçmala seçki dairəsindən heç kim səs vermədiyi kimi bu dəfə də verməyəcək. Sadəcə hər dəfə Fəzail Ağamalı səs toplamadan, seçicinin etimadını qazanmadan bizim “deputatımız” olur”…

Sakinlər qeyd edilən fikirlərə əlavə olaraq bildirilər ki, yerli hakimiyyət resursları nüfuzlu namizədlərə təzyiq edərək namzidəliklərini geri götürmələrini tələb edirlər. Bundan başqa, namizədliyini irəli sürmüş nüfuzlu şəxslərin müdafiəsi üçün seçici imzaları toplanarkən Fəzail Ağamalının rəqibləri üçün imza verən şəxslərə təzyiq edirlər ki, imzalarından yazılı imtina etsinlər. Bu işin başında isə Salyan rayon İcra Hakimiyyətinin məsul şəxsləri durur. Bütün bunlar Fəazil müəllimin yenidən deputat seçilməsi üçün edilir. Salyan-Neftçala seçki dairəsinin seçiciləri ayaqdadır.

Sakinlər digər namizədlərə təzyiqləri təsdiq edən videogörüntüləri də redaksiyamıza göndəriblər.

Salyanlılar bildirilər ki, onlar öz etirazlarını Salyan reyon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmova da bildiriblər.

P.S. Qeyd edək ki, Fəzail Ağamalı hər seçkidə bi dairədən zorla seçilir və onun deputatlıq taleyi isə indi tükdən asılıdır. indi də tükdən asılıdır. Sakinlərin bildirdiyinə görə, deputat rayona sifariş göndərib ki, istəsəniz də. istəməsəniz də mən seçiləcəyəm.


Mənbə:Pia.az



Xəbərin oxunma sayı : 448




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap