Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Salyanda ağır qəza

Tarix 25.06.17, 22:42

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün günorta saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Qardili kəndindən keçən 41-ci kilometrliyində 3 avtomaşının toqquşması ilə nəticələnən ağır yol qəzası baş verib

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, Bakı istiqamətində hərəkət edən 1962-ci ildə anadan olmuş, Cəlilabad rayonu, Dərgah kənd sakini Məmmədxan Mehdiyevin idarə etdiyi "Wolsvagen-Passat" markalı 90 MA 082 dövlət nömrə nişanlı avtomaşın Salyan rayonu, Yenikənd kənd sakini, 1983-ci ildə anadan olmuş Hüseyn Səlimovun idarə etdiyi "Mercedes-C" markalı, 10 TM 089 dövlət nömrə nişanlı avtomaşınla qarşı-qarşıya toqquşub.

Hadisə nəticəsində hər iki avtomaşının sürücüsü , o cümlədən Məmmədxan Mehdiyevin maşınında olan 85 yaşlı anası Nazdar Əzizova, qardaşı arvadı, 36 yaşlı Dilşad Mehdiyeva və Dilşadın qızları-1 yaşlı Ayan, 14 yaşlı Aytən müxtəlif dərəcəli xəsarətlərlə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hadisə baş verdikdən sonra arxadan gələn daha bir "Mercedes" markalı, 10 GM 373 nömrəli avtomaşın qəzaya uğramış maşınlara çırpılıb. Hadisənin sürücü Hüseyn Səlimovun avtomaşını sərxoş vəziyyətdə idarə etməsi səbəbindən baş verdiyi deyilir.

Faktla bağlı DYP-də araşdırmalara başlanılıb.











Xəbərin oxunma sayı : 130




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap