Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Salyanda hazırlıqdan qayıdan məktəblini vurub qaçan sürücü saxlanıldı

Tarix 15.02.17, 16:10

Font ölçüsü : - / +
bitmap-img6


Dünən Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən hissəsində piyadanı vurub hadisə yerindən qaçmış avtomaşın Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub və sürücüsü saxlanılıb

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, məlum olub ki, məktəblini vurub öldürdükdən sonra hadisə yerindən qaçmış 10 RO 298 dövlət nömrə nişanlı “Moskviç-412” markalı avtomaşını Yenikənd kənd sakni Süleymanov Sabir Məmmədağa oğlu idarə edirmiş.

*   *   *20:28(14.02.2017)

Bu gün axşam saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndi ərazisində yaxınlıqdakı orta məktəbdən - repetitor yanından qayıdan Qardili kənd sakini Əliyev Şəhriyar Nemət oğlunu “Moskviç” markalı avtomaşın vurub.

Virtualaz.org-un Şirvan bürosunun əldə etdiyi məlumata görə, ağır xəsarətlər alan 2000-ci il təvəllüdlü Şəhriyar Əliyev hadisə yerindəcə keçinib.

Kənd sakinlərinin dediyinə görə, hadisəyə səbəb qarın əriməsindən sonra yol qırağının palçıq olması səbəbindən məktəbdən qayıdan uşaqların maşın yolu ilə getməsi olub.

Qeyd edək ki, Şəhriyar Əliyev ailənin yeganə övladı olub və bir neçə il əvvəl ağır xəstəlikdən əziyyət çəkən anasını itirib.

Faktla bağlı Dövlət Yol Polisində araşdırmalara başlanılıb.



Xəbərin oxunma sayı : 133




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap