“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

SDU-ya rektor əvəzi təyin olundu - Əminağa Sadıqov kimdir? + DOSYE

Tarix 12.02.25, 19:31

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olunub.

AzFakt.com xəbər verir ki, bu barədə məlumatı Elm və Təhsil üzrə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi təsdiqləyib.

Bildirilib ki, bu vəzifəyə Elm və Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov təyin edilib.

Əminağa Sadıqov 18 dekabr 1962-ci ildə Lerikdə anadan olub. 1980-ci ildə Bakı şəhərində 1 saylı respublika fizika-riyaziyyat təmayüllü orta məktəbi bitirərək Dnepropetrovsk Dövlət Universitetinin Tətbiqi-riyaziyyat fakültəsinə qəbul edilib, 1985-ci ildə adı çəkilən universiteti bitirib. 1992-ci ildə həmin Universitetdə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alıb. 2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda "Fövqəladə hallarda idarəetmə məsələlərinin həlli üçün riyazi modellər və informasiya texnologiyaları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və texnika elmləri doktoru alimlik dərəcəsini alıb. 

2010-cu ildə dosent, 2016-cı ildə professor elmi adını alıb. 2 may 2017-ci ildə "Kompüter elmləri" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. 1 may 2019-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi(vitse-prezidenti) və AMEA Rəyasət Heyətinin üzvü seçilib.

1 dekabr 2020-ci ildə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru təyin edilib. 2021–2023-cü illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru vəzifəsində işləyib. 12 yanvar 2024-cü ildə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini təyin olunub.

Əminağa Sadıqov 190 elmi əsərin, o cümlədən 4 elmi monoqrafiyanın, 6 kitabın, habelə 2 patentin və 2 ixtiranın müəllifidir.

Ana dilindən başqa ingilis, rus, türk və ukrain dillərini bilir.

Evlidir, 1 qızı və 2 oğlu var.



Xəbərin oxunma sayı : 910




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap