Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Səfər Mehdiyev “Broker Əbülfəz”ə yüksək vəzifə verdi

Tarix 07.12.18, 14:08

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Bakı Baş Gömrük İdarəsinin Abşeron gömrük postuna yeni rəis təyin edib

Cumhuriyyet.net-in əldə etdiyi eksklüziv xəbərə görə, DGK sədri bu vəzifəyə “Broker” MMC rəhbəri Əbülfəz Məlikovu gətirib.

Ölkənin baş inhisarçısı kimi tanınan, adı qaçaqmal, gömrükdə iş adamlarının dərisini üzməkdə hallanan Ə.Məlikov illərlə gömrükdə qeyri-leqal gəlirlərin əldə olunmasında əsas fiqurant olub.
Maraqlıdır ki, ötən ay DGK sədri “Abşeron” gömrük postunda gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib. Bu haqda report.az xəbər yaymışdı.

S.Mehdiyev gömrük nəzarətinin daha səmərəli təşkilinə dair tapşırıq və tövsiyələrini verib. Görünür ki, “Abşeron” postunun rəisinin fəaliyyəti onu qane etməyib.

Lakin onun yerinə təyin edildiyi bildirilən Ə.Məlikov da “az aşın duzu” deyil və hətta həbsdə olan MTN generalı Akif Çovdarova “peredaça” daşınmasında belə ittiham olunub.

Halbuki, S.Mehdiyev gömrük şefi təyin olunanda ondan kadr islahatlarında, gömrükdə şəffaflığın təmin olunmasında real işlər görəcəyi gözləntisi olanlar var idi.

Xatırladaq ki, komitə sədri adı kərə yağı monopoliyasından tutmuş təkər biznesinə qədər hallanan, brokerləri gömrükdə sahibkarları soğan qabığı kimi soyan Ə.Məlikova Abşeron gömrük postu rəisi postunu hədiyyə etməklə bu gözləntilərin üzərindən xətt çəkdi.






Xəbərin oxunma sayı : 646




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap