“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Səhiyyə Nazirliyi yeni platforma yaradıb – COVID-19-la bağlı

Tarix 30.07.20, 10:18

Font ölçüsü : - / +
bitmap-img6


Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən ATU və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun birgə əməkdaşlığı və BMT-nin İnkişaf Proqramının (BMTİP) dəstəyi ilə distant təhsil imkanlarını yaradıb, genişləndirilmək üçün www.ecourses.az distant təlim kursları platforması yaradılaraq, istifadəyə verilib.

Nazirlikdən verilən məlumata görə, hazırda onlayn platformada 15-dən çox təlim kursu təklif edilir və onların 10-u birbaşa COVID-19 virusunun profilaktika, müayinə və müalicəsi ilə bağlıdır.

Platforma müxtəlif ixtisaslar üzrə tibb işçiləri üçün distant sertifikatlı və sertifikatsız təlim kurslarına keçid təqdim edib, tibb işçilərinin koronavirusa aid biliklərinin artırılması üçün geniş imkanlar yaradıb.

COVID-19 virusu haqqında bilik və təcrübə hər saatla genişləndiyi və dəyişdiyi səbəbindən tibb işçiləri və əhalinin davamlı məlumatlandırılması xüsusi əhəmiyyət daşıyır. Müntəzəm olaraq, həm əhalinin tibbi savadının artırılması, həm də həkimlər və orta tibb personalının peşəkar bacarıqlarının inkişaf etdirilməsi infeksiya ilə mübarizədə əhəmiyyətli rol oynayır. Onu da qeyd etmək lazımdır ki, yeni təlim onlayn-platformasına, həmçinin, nevrologiya, radiologiya, infeksion xəstəliklər, kardiologiya və digər ixtisaslar üzrə müxtəlif kursların əlavə edilməsi nəzərdə tutulur. Distant təlim kurslarına onlayn qeydiyyat www.ecourses.az portalı vasitəsilə həyata keçirilir.




Xəbərin oxunma sayı : 997




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap