Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Səs-küylü cinayətlə bağlı daha bir müəmmalı qərar: bacısını öldürən qız necə azadlığa çıxdı?

Tarix 14.11.17, 3:41

Font ölçüsü : - / +
bitmap-img6


Bacısını öldürən qız azadlığa çıxıb. Prokuror bu qərardan narazı qalaraq apellyasiya protesti verib.

Musavat.com xəbər verir ki, Bakıda bacısının boğazını kəsərək qətlə yetirməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Pərvanə Nuriyevanın barəsində olan məhkəmə qərarından dövlət ittihamçısı narazı qalıb. Dövlət ittihamçısı apellyasiya protesti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə iclası noyabrın 14-nə təyin edilib.

Bu müəmmalı və səs-küylü qətl hadisəsi 2014-cü ilin oktyabrında baş verib. Bakının Xətai rayonunda 1993-cü il təvəllüdlü Günel Nuriyevanın yaşadığı Xudu Məmmədov küçəsi18 ünvanında meyiti tapılıb. Mərhumun kiçik bacısı evə gələrkən qapıda qan izləri görüb. O, qorxaraq qaçıb və polisə məlumat verib.

Günel Nuriyevanın bədənində çoxsaylı bıçaq zərbələri aşkar edilib. Araşdırma zamanə mərhumu özündən iki yaş kiçik olan bacısı Pərvanə Nuriyevanın qətlə yetirdiyi məlum olub. P.Nuriyeva aralarındakı mübahisə zəminində bacısına 22 bıçaq zərbəsi vurub və daha sonra onun başını kəsib.

Bacısını öldürən P.Nuriyeva Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunub. Onun məhkəmə istintaqı dövründə psixoloji problemlərinin olduğu üzə çıxıb. Ailəsi də bunu iddia edirdi.

2015-ci il noyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində Pərvanəyə hökm oxunub. Hökmlə P.Nuriyeva barəsində məcburi xarakterli tibbi tədbirlərin tətbiq edilməsi ilə bağlı qərar çıxarılıb. O, müalicə edilməsi üçün Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

Bundan sonra P.Nuriyevanın yaxınları Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, onun Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının ümumi tipli psixiatriya Stasionarında məcburi müalicəsinin ləğv edilməsini və məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinin keçirilməsini istəmişdilər.

Məhkəmə həmin təqdimatı təmin etmişdi. Prokuror məhkəmənin bu qərarından apellyasiya protesti verib.



Xəbərin oxunma sayı : 172




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap