Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Səudiyyə Ərəbistanı, Asiya və ABŞ üçün neft qiymətlərini artırdı –“Bloomberg”

Tarix 08.03.21, 17:16

Font ölçüsü : - / +
bitmap-img6


Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft və qaz şirkəti, ABŞ və Asiyada alıcılar üçün bütün neft növlərinin aprel satış qiymətlərini artırdı, Avropadakı müştərilər üçün isə qiymətlər endirildi.

Bu barədə “Bloomberg” agentliyi yazır.

Bildirilir ki, Asiya üçün “Arab Light”ın bir barelinə olan qiyməti 40 sent artırıldı (etalon qiymətindən 1,4 dollar yuxarı). Məlumatda qeyd olunur ki, ABŞ üçün neft qiymətləri artırıldı, Avropa üçün isə əksinə bir barel üçün qiymət 1,7 dollar endirildi.

Bu, Səudiyyə Ərəbistanı tərəfindən qiymət müharibəsi başlatdıqdan sonra, satış qiymətlərinin ən yüksək səviyyəyə qalxdığı kimi qiymətləndirilir. Səudiyyə Ərəbistanı OPEC + neft istehsalını dəyişməz saxlamağa dair şok qərar qəbul etməsindən sonra tələbin davamlı böyüməsini gözləyir.

Xatırladaq ki, mart görüşündə OPEC + gözlənilmədən bütün ölkələri üçün neft hasilatının hazırkı səviyyədə saxlanılmasına dair qərar verdi. Bununla yanaşı, aprel ayında Rusiya üçün hasilatda gündə 130 min barel, Qazaxıstan üçün isə 20 min barel artırmağına dair qərar verildi.
OPEC + nazirliklər səviyyəsində Monitorinq Komitəsinin növbəti iclası 31 martda, bütün OPEC + alyansının iclası isə 1 aprel tarixində baş tutacaq. (apa)



Xəbərin oxunma sayı : 814




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap