Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Səudiyyə Ərəbistanın kralı şahzadəni həbs etdirdi – Sosial şəbəkədə yayılan videoya görə

Tarix 20.07.17, 23:07

Font ölçüsü : - / +
bitmap-img6


Səudiyyə Ərəbistanı şahzadələrdən biri sosial şəbəkələrdə yayılan videodan sonra həbs olunub.

Bu barədə Səudiyyə Ərəbistanın kralı Salman bin Əbdüləziz əl-Saud qərar verib.

Şahzadə Əbdüləziz bin Müsaid bin Saudun "Youtube" və "Twitter"dəki hesablarında başından qan axan şəxsə tərəf silah tuşlamasının yer aldığı video yayılıb.

760 min dəfə baxılan videoda həmçinin şahzadənin qarşısındakı masanın üzərində 18 şüşə viski və böyük miqdarda pul olub.

Digər videoda isə maşında oturmuş bir nəfərin başından qan axdığı, şahzadənin başqa bir şəxsi yumruqlayaraq döydüyü əks olunub. Videolar yayılandan sonra sosial şəbəkə istifadəçiləri “Şahzadə xalqa zülüm verir“ kimi rəylər yazıblar.

Kral bundan sonra videonun araşdırılması, hadisə iştirakçılarının həbs olunması və şəriət məhkəməsinin qərarı olmadan onların sərbəst buraxılmaması barədə göstəriş verib.

Səudiyyə kral ailəsinin üzvlərinin bir çox imtiyazları olsa da, istintaq və məhkəmə qərarlarına dair immunitetə malik deyillər.

Belə ki, ötən ilin oktyabrında bir nəfəri güllələyərək öldürən daha bir şahzadə edam edilib.

Bundan başqa, 2015-ci ildə taxta oturan Salman bin Əbdüləziz əl-Saud vətəndaşlarla kobud rəftar edən nazirləri vəzifədən azad etmiş, müqəddəs Kəbəni dövrə vuranların şəklini çəkən fotoqrafa hücum edən kral ailəsinin yüksək vəzifəli daha bir üzvünü qovmuşdu. 

APA



Xəbərin oxunma sayı : 301




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap