Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna baxış 9 saat çəkib

Tarix 16.10.18, 15:39

Font ölçüsü : - / +
bitmap-img6


Jurnalist Camal Kaşıkçının itkin düşməsi ilə əlaqədar təhqiqat aparılması üçün yaradılan Türkiyə-Səudiyyə Ərəbistanı işçi qrupu oktyabrın 16-da səhər saatlarında Krallığın İstanbuldakı baş konsulluğuna baxışı başa çatdırıb.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, təhqiqat çərçivəsində konsulluğa baxış tədbirləri 9 saata yaxın davam edib. Təhqiqatçılar yerli kriminalistlərin sərəncamında olan müxtəlif qurğu və vasitələrdən, o cümlədən qan izlərini aşkarlamağa imkan verən infraqırmızı lampalardan istifadə ediblər. İşçi qrupu binanın çardağına və baş konsulluğun ərazisindəki bağçaya da baxış keçirib.

Təhqiqat tədbirində Türkiyə tərəfindən İstanbul prokurorluğunun və polisinin əməkdaşları iştirak edib. Baxışın nəticələrinə dair məlumat verilməyib.

Xatırladaq ki, Camal Kaşıkçı oktyabrın 2-də sənədləşmə işi ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda daxil olmuş və itkin düşmüşdü. Oktyabrın 6-da Türkiyə polisi jurnalistin diplomatik nümayəndəliyin binasında öldürülməsi versiyasını nəzərdən keçirdiyini bildirmişdi. Üç gün sonra Ər-Riyad baş konsulluğun binasında təhqiqat prosedurası aparmaq üçün Ankaraya icazə vermişdi.

Camal Kaşıkçı Ər-Riyadın siyasətinə qarşı tənqidi münasibəti ilə məşhurdur. 2017-ci ildə vətənini tərk edərək ABŞ-a köçən jurnalist “The Washington Post” qəzetində Səudiyyə Ərəbistandakı vəziyyətə dair analitik yazılarla çıxış edirdi.



Xəbərin oxunma sayı : 112




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap