Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Səudiyyə kralının sarayında nə baş verir?

Tarix 22.04.18, 19:46

Font ölçüsü : - / +
bitmap-img6


Saraya “dron hücumu” xəbərinin arxasındakı gerçəklər

Şənbə günü gecə saatlarında Səudiyyə Ərəbistanında çevriliş xəbərləri dünya mediasına necə deyərlər, bomba kimi düşdü. Əvvəlcə sosial mediada, ardınca isə dünyanın nüfuzlu agentliklərində ər-Riyadda kral saraylarından birinin ətrafında atışma olduğu xəbərləri yayıldı. Ardınca isə quru qoşunları komandanı Alukas Nepilsin çevriliş etdiyi və onun rəhbərlik etdiyi hərbçilərin saraya daxil olmaq istədiyi zaman atışma olduğu xəbəri gəldi.

Sarayın ətrafından çəkilən videolarda isə təhlükəsizlik qüvvələrinə məxsus avtomobillərin sirena siqnalları və davamlı atəş səsləri eşidilirdi. O da bildirilirdi ki, kral Salman saraydan çıxarılaraq ər-Riyad ətrafındakı hərbi bazalardan birinə aparılıb.

Ancaq bir neçə saatdan sonra təkzib xəbərləri gəlməyə başladı. “Wall Street Journal”ın Dubaydakı müxbiri Marqarita Stansati hadisənin kral sarayı yaxınlığında dron (insansız uçan aparat- K.R.) görünməsi və onun vurulub salınması olduğunu yazıb. Ardınca oxşar açıqlamanı Səudiyyə Ərəbistanı rəsmisi “Reuters” Agentliyinə bildirib. Açıqlamada qeyd olunur ki, təhlükəsizlik qüvvələri ər-Riyadın Huzamə bölgəsində kral saraylarından birinin yaxınlığında dron görüb və atəş açılaraq yerə salınıb.

Eyni zamanda açıqlamada kral Salman bin Əbdüləzizin hadisə zamanı sarayda olmadığı ər-Riyada yaxın Diriyə bölgəsindəki sarayında olduğu qeyd bildirilib. Saray üzərində görünən isə oyuncaq dron olub.

Ancaq baş verən hadisə çevriliş cəhdi və ya sui-qəsd hadisəsi kimi qiymətləndirilib və dünyada ciddi rezonans doğurub. Bunun isə bir neçə səbəbi var. Məsələ ondadır ki, bölgə onsuz da həddən artıq həssas və narahatdır, üstəlik Səudiyyə Ərəbistanı bu cür sui-qəsdlərə həddən artıq uyğun ölkə hesab olunur. Xüsusən də ötən bir ildə bu ölkədə baş verən hadisələr bir neçə dəfə saray daxilində silahlı toqquşmaya və ciddi gərginliklərə səbəb olub. Ötən ilin noyabrında isə aralarında şahzadələrin və nazirlərin də olduğu 200-dən çox nüfuzlu şəxs həbs olunub. Bir şahzadə isə qaçmaq istəyərkən öldürülüb. Bu səbəbdən də ər-Riyaddakı kiçik bir hadisə çox ciddi rezonans doğurub və çevriliş cəhdi kimi qiymətləndirilib.

İkinci tərəfdən, hadisənin özündə xeyli şübhəli məqamlar var. Əlbəttə, Səudiyyə təhlükəsizlik qüvvələri yüksək peşəkarlığı ilə seçilmir. Ancaq kralın özünün içərisində olmadığı onlarla sarayından birinin üzərində və ya yaxınlığında oyuncaq dronun görünməsi nədən bu qədər ajiotaja səbəb olsun? Üstəlik videokadrlardan da görünür ki, atəş səsləri uzun müddət davam edir və havadan uçan bir obyektin atəşə tutulmasından daha çox qarşılıqlı atəş səslərinə bənzəyir. Ən azından belə bir vəziyyətdə polis vurulan dronu nümayiş etdirə bilərdi. Ancaq Səudiyyə rəsmiləri yalnız bir neçə saat keçdikdən sonra qısa açıqlama ilə kifayətləndilər.

Şübhə yaradan daha bir məqam isə hadisədən az sonra krala məxsus GLF4 hospital təyyarəsinin havaya qalxmasıdır. Ancaq təyyarənin kimi apardığı, hara getdiyi məlum olmayıb. Ehtimal olunur ki, sarayda sui-qəsd baş verib və “mühüm” şəxslərdən biri yaralıdır. Hər halda ehtimal ki, bu məsələ ört-basdır edilməyə çalışacaq. Məhz quru qoşunlarından generalın adının hallanması da təsadüfi ola bilməz. Bu ilin əvvəlində ordunun bir çox komandanları istefaya göndərilib. O cümlədən ötən il krallığa ən yaxın namizədlərdən biri olan. Bundan öncəki kral Abdullah bin Əbdüləzizin oğlu Mutaib bin Abdullah vəzifəsindən uzaqlaşdırılıb. Yəni ordu içərisində narazıların olması mümkündür.  

Yeri gəlmişkən, hadisədən dərhal sonra Ərəbistandakı internet və sosial şəbəkələrə filtir qoyulub. İlk saatlarda yayılan videoların bir qismi də yığışdırılıb. Səudiyyə Ərəbistanının “müctəhid” adlı sosial şəbəkə fenomeni isə yazıb ki, atışma bir saata qədər davam edib, 7 nəfər ölüb. Ehtimal ki, dron da hücum edənlərə məxsus olub.

Qeyd edək ki, 2032-ci ildə 100 yaşı tamam olacaq Səudiyyə Ərəbistanı krallığı bir dəfə sui-qəsd təcrübəsi yaşayıb. 1961-ci ildə taxta oturan kral Faysal ibn Əbdüləziz 1975-ci ildə sarayında qardaşı oğlu Faysal ibn Musa tərəfindən öldürülüb. Ötən il oktyabr ayında isə Ciddə şəhərində yerləşən Kral sarayına edilən hücum zamanı Kral Qvardiyasının 2 hərbçisi öldürülmüş, 3 nəfər yaralanmışdı.

Hazırda Yaxın şərqin aparıcı dövlətlərindən biri olan Səudiyyə Ərəbistanında ciddi siyasi və idoloji islahatlar gedir. 33 yaşlı vəliəhd-şahzadə Məhəmməd bin Salman ölkədə bir sıra radikal islahatlara əl atıb. Qadınlara sürücülük hüququ, idman yarışlarını izləmək haqqı verilib, kinoteatr açılıb. Şahzadənin bu addımlarının radikal dini dairələrə və saraydakı rəqiblərinin sərt təpkisi ilə qarşılanacağını proqnozlaşdıranlar var. Bu səbəbdən də dünya mediası Səudiyyə Ərəbistanında bu cür qəfil xəbərlərə həddən artıq həssas yanaşır. Həm də ortada ciddi səbəblər də var. Çünki ortada ciddi narazılar və qəzəbli şahzadələr var. Şərq isə hər zaman saray daxilində sui-qəsdlər, hərbi çevrilişlərlə xarakterikdir.

Kənan Rövşənoğlu,
“Yeni Müsavat”



Xəbərin oxunma sayı : 211




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap