Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Səudiyyənin sevimli şahzadəsi ilə ortaqlıq Qərb şirkətləri üçün bəlaya çevrilib

Tarix 17.10.18, 20:58

Font ölçüsü : - / +
bitmap-img6


Səudiyyə Ərəbistanında totalitar rejimin hökm sürməsinə rəğmən ölkə həmişə investorlar üçün cəzbedici məkanlardan biri sayılıb. Xüsusilə vəliəhd şahzadə Məhəmməd bin Salmanın islahatlar tərəfdarı olması və ölkədə köklü dəyişikliklərin həyata keçirəcəyi ilə bağlı ümidlər olduqca böyük idi.

“Lakin jurnalist Camal Qaşıqçının öldürülməsi Qərbi indi dilemma qarşsında qoyub”, - Almaniyanın Die Welt qəzetindən Nando Zommerfeld və Holger Tsşepits yazır.

Yazıda “cibləri qalın” Səudiyyə dövlət fondlarının Qərb bazarına yönələrək texnoloji konsernlərdə özlərinə yer tapdığı qeyd olunur. Qərb banklarının, müdafiə şirkətlərinin və infrastruktur sahəsində çalışan firmaların ərəb şeyxləri ilə iş sazişləri üçün növbəyə düzüldüyü vurğulanır.

Картинки по запросу saudi arabia invest

Məqalədə istinad gətirilən “Refinitiv” analitik şirkətinin məlumatına görə isə təkcə bu il banklar Səudiyyə Ərəbistanından olan şirkətlərə satdıqları qiymətli kağızlar, istiqrazlar və konsaltinq xidmətlərindən 247 milyon dolla gəlir əldə etmişdilər. Üstəlik, Avropada qoyulan sərmayələr nəticəsində Səudiyyə Ərəbistanı bir çox şirkətlər üçün artıq ortaq deyil, sahib sayılır.

"İndi aydın olur ki, bütün bu illər ərzində səudiyyələr Qərbin boğazına necə qalın ilmək keçirib”,- məqalədə qeyd olunur.

Yazıda Camal Qaşıqçı məsələsinin Səudiyyənin 100 milyardlarla ölçülən layihələrində iştirak etməyə can atanları olduqca pis vəziyyətdə qoyduğu vurğulanır.

Картинки по запросу muhammad bin salman kaşıkçı

Ər-Riyadda keçirilməsi planlanan və dünyanın iqtisadi elitasının toplanacağı gözlənilən “Future Investment Initiative” forumunda iştirak etməkdən boyun qaçıran firmaların sayı artır. Bunların arasında "JP Morgan", "Blackrock" və "Blackstone" kimi nəhəng investisiya şirkətləri də var. Forumun sponsorlarından sayılan “Siemens” şirkətindən fərqli olaraq “Airbus” konserni indi özünü kənarda tutur.

Hazırda Səudiyyə Ərəbistanı ilə hər hansı şəkildə bağlılğı olan şirkətlrədə yaxşı proseslər baş vermir. Məsələn, ər-Riyadın ciddi ortaqlıq etdiyi “Tesla” firması və “Softbank” bankının səhmləri olduqca aşağı düşüb. Teslanın 7, Softbankın isə 20 milyard dollar zərər etdiyi ortaya çıxıb.




Xəbərin oxunma sayı : 151




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap