“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Sirk fəaliyyətini çadırda davam etdirir: Əsas bina təmir olunacaq?

Tarix 28.02.26, 14:40

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Dövlət Sirkinin (BDS) binası xeyli müddətdir ki, qapalıdır. Sirk hazırda fəaliyyətini Avropadan gətirilmiş və Dənizkənarı Bulvar ərazisində - Su İdman Sarayının yanında quraşdırılmış meydançada davam etdirir.

Paytaxtın mədəni simvollarından biri sayılan binanın qapalı qalması ilə bağlı rəsmi açıqlamalarda təhlükəsizlik və texniki problemlər əsas səbəb kimi göstərilsə də, aradan keçən zamana baxmayaraq, sirkin binasının taleyi ilə bağlı məlumat yoxdur. Hətta iddia olunur ki, binada heç bir təmir işləri də aparılmır. Maraqlıdır, bu mədəniyyət ocağının taleyi ilə bağlı planlar nədir?

AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Əsaslı təmir üçün layihələndirmə işləri aparılır"

BDS-nin direktor əvəzi Nahid Ağayev açıqlamasında bildirib ki, Mədəniyyət Nazirliyinin 2024-cü ilin 7 yanvar tarixli qərarı əsasında BDS-də əsaslı təmir və rekonstruksiya işlərinin aparılması səbəbindən kütləvi tədbirlərin nümayişi dayandırılıb:

"Ölkə sakinlərinə sirk tamaşalarının bu müddət ərzində nümayişini təşkil etmək üçün nazirliyin dəstəyi ilə Avropadan ən böyük ölçüdə konstruktiv sirk meydançası gətirilib və Dənizkənarı Bulvar ərazisində - Su İdman Sarayının yanında quraşdırılıb. Sirk tamaşaları həmin ünvanda nümayiş olunur. Hazırda BDS-də əsaslı təmir və rekonstruksiya işlərinin başlanması üçün müvafiq layihələndirmə və smeta işləri aparılır. İşlər yekunlaşan kimi bu barədə məlumat veriləcək".

"Binanın bərpası ilə bağlı rəsmi müraciətlər edilib"

N.Ağayev bildirib ki, əsas binanın bərpası ilə bağlı Mədəniyyət Nazirliyinə və ya digər aidiyyəti qurumlara rəsmi müraciətlər edilib:

"2024-cü ildə Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumlarına binanın mövcud durumunun qiymətləndirilməsi ilə bağlı müraciət olunub və həmin müraciətlər əsasında binada instrumental qiymətləndirilmə keçirilib. Müvafiq hesabat Mədəniyyət Nazirliyinə təqdim olunub. Aidiyyəti qurumların qiymətləndirmə hesabatlarından sonra əsaslı təmir və rekonstruksiya işlərinin layihələndirməsinə başlanılıb. Hazırda binanın bərpası mümkündür və bu istiqamət üzrə işlər aparılır".

"Bakı Dövlət Sirki də bu təcrübədən faydalanır"

Məlumat üçün bildirək ki, sirk hazırda fəaliyyətini şapito (çadır) formatında davam etdirir. Qurum rəsmisi bildirib ki, sirk tamaşalarının yüngülkonstruksiyalı sirkdə (şapitoda) nümayişi təcrübəsi dünyada geniş yayılıb:

"Digər tərəfdən, bir sıra Avropa ölkələrində hazırda da stasionar sirklər yoxdur, orada bütün sirk fəaliyyəti şapito səhnəsində həyata keçirilir. BDS də bu təcrübədən faydalanır və əsaslı təmir, konstruksiya işləri bitənədək sirk proqramlarının nümayişi qeyd olunan ünvanda yüngülkonstruksiyalı şirkdə davam etdiriləcək. BDS-nin yeni ünvanda fəaliyyəti sirk kollektivinin yaradıcılıq planlarının xüsusi bir təsiri yoxdur. Hər bir yeni sirk layihəsi öncədən tamaşaçıların maraqları və repertuar planlarını nəzərə alaraq təşkil edilir. Quraşdırılmış sirk dövrün müasir tələblərinə cavab verir və orada da biz proqramlarımızın nümayişini müasir tələblər çərçivəsində həyata keçirə bilirik".

Kif qoxusu, rütubət...

Peşəkar aktyor və illüziyaçı Tofiq İsgəndərli bildirib ki, Bakı Dövlət Sirkinin uzun müddət bağlı qalması mədəni baxımdan ciddi problemlər yaratsa da, əsaslı təmiri də çox vacibdir:

"O binanın əsaslı təmirə ehtiyacı var idi. Əvvəllər binanın yalnız səthi təmir edilirdi. Arenanın altında ayrıca bir manej var idi və orada daim kif qoxusu, rütubət və subasma problemləri olurdu. Günbəz təmir olunmayıb, elektrik sistemi çox köhnə idi, hər an qəza baş verə bilərdi. Binanın altı "ayrı bir dünya" idi. Hazırda əsaslı təmir üçün böyük maliyyə vəsaiti tələb olunur".

"Hökumət sirklərdən milyonlarla vəsait qazanırdı"

Vaxtilə, o binada da tamaşalar hazırlayan illüziyaçı bildirib ki, bu binanın həm mədəni, həm də sosial baxımdan böyük əhəmiyyəti var:

"Sirkin digər incəsənət növlərindən fərqi onun canlılığıdır. Kino və teatr keçmiş və ya gələcək hadisələri səhnədə canlandırır, amma sirk insanın hazırda nəyə qadir olduğunu göstərir. Bu sənət gözəllik, cəsurluq, mərdlik və igidlik nümunəsidir. Tamaşaçıya həm estetik zövq, həm də qorxmazlıq aşılayır. Sirk həm də yaş və dil məhdudiyyəti tanımır, hər kəs üçün açıq bir incəsənət formasıdır. Üstəlik, sirkin kommersiya potensialı da yüksəkdir. Güclü kollektivi olan sirk dünyanı gəzərək ciddi gəlir əldə edə bilər. Sovet dövründə hökumət sirklərdən milyonlarla vəsait qazanırdı. Nömrələr təsadüfi hazırlanmazdı, xərclənən vəsaitin əvəzini 10 qat çıxarırdılar".

Bakı Dövlət Sirki yalnız bir əyləncə mərkəzi deyil...

T.İsgəndərli bildirib ki, sirk müasir texniki qurğular və avadanlıqlarla təmin edilməli və binanın tarixi və mədəni dəyəri qorunmalıdır:

"Stasionar bina yalnız tamaşalar üçün deyil, həm də muzey kimi istifadə edilə bilər. Bu, sirkin irsini gələcək nəsillərə çatdırmaq baxımından vacibdir. Sirkin illərlə fəaliyyətsiz qalması mədəni və sosial risklər yaradır. Uzun müddət bağlı qalmaq insanlarda sirk sənətini unudulmağa məhkum edə bilər. Şapito formatında fəaliyyət müvəqqəti həll hesab olunur. Düzdür, dünyanın bir çox ölkəsində sirklər çadırlarda fəaliyyət göstərsə də, stasionar bina rahatlıq, quruluş və tarixi dəyər baxımından önəmlidir. BDS yalnız bir əyləncə mərkəzi deyil, həm də xalqın mədəni irsinin bir parçasıdır. Onun qorunması, bərpası və fəaliyyətinin bərpası mədəniyyətin gələcəyi üçün vacibdir".



Xəbərin oxunma sayı : 157




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap