Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Siyavuş Novruzov:“Jurnalistlərə ev verilir, onlar da təhqir yazanlara qarşı mübarizə aparmalıdır”

Tarix 01.02.19, 21:54

Font ölçüsü : - / +
bitmap-img6


““Kütləvi informasiya vasitələri haqqında” qanuna yeniliklər edilməlidir”.

AzFakt.com modern.az-a istinadən  xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin iclasında deyib. S.Novruzov qeyd edib ki, bəzi KİV-lərdə artıq bütün etik qaydaları, milli adət-ənənələri pozurlar.

Deputat vurğulayıb ki, bunların qarşısını almaq üçün yeganə yol qanunvericilikdir: “Vətəndaşın aşağılanması, dövlətin əleyhinə fikirlər söyləmək, dövlət çevrilişinə çağırışlar, istənilən adamın istənilən fikri söyləməsi, cəzasızlıq mühiti belə vəziyyətin yaranmasına səbəb olub. Müzakirə olunmalıdır ki, bu məsələ necə həll olunsun. Azərbaycanda adət-ənənə olub. İndi 5-10 nəfər ortaya düşüb dövlətçilik haqqında, dövlət qurucusu haqqında ağızlarına gələni danışır. Ulu öndər Heydər Əliyev mətbuat üzərindən senzuranı ləğv etdi, qəzetlərin borcu bağlandı, bu gün Prezident İlham Əliyev mətbuata böyük diqqət göstərir, jurnalistlərə ev verilir, qəzetlərə maliyyə yardımı edilir. Onlar da öz fikirlərini bildirməlidir ki, təhqir etmək olmaz. Onlar da mətbuatda təhqir yazanlara qarşı mübarizə aparmalıdır”.

Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, Siyavuş Novruzovun dediyində həqiqət var: “Ulu öndər Heydər Əliyev dedi ki, mətbuatda şərəf və ləyaqətə toxunmağa görə məsuliyyətə cəlb etməyək, ancaq indi təhqirə keçiblər. Bu məsələni oturub müzakirə etmək, qarşısını almağın yollarını fikirləşmək lazımdır”.



Xəbərin oxunma sayı : 172




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap