Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Solmaz Əbiyevanı Pakistan polisi yaxaladı - Azərbaycan İnterpola vermişdi (FOTO)

Tarix 18.11.18, 22:17

Font ölçüsü : - / +
bitmap-img6


Pakistan polisi ötən gün noyabrın 17-də İslamabada narkotik və insan alverinə görə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Solmaz Əbiyevanı həbs edib.

Virtualaz.org Pakistan KİV-lərinə istinadən xəbər verir ki, İslamabadda polis reydi zamanı özünü şübhəli aparan qadın saxlanılıb. Axtarış zamanı onun üzərindən 1 kiloqramdan çox heroin aşkarlanıb.

Saxlanılarkən qadın özünün Türkiyə vətəndaşı kimi təqdim edib, adının Həfifə olduğunu bildirib, onun üzərindən saxta Türkiyə pasportu çıxıb. Lakin araşdırma zamanı məlum olub ki,  bu şəxs beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Əbiyeva Solmaz Ənvər qızıdır. Solmaz Əbiyevanın barəsində Azərbaycan hüquq-mühafizə orqanları İnterpol xətti ilə axtarış elan edilib. Qadının Pakistan vizasının müddətinin bu ilin aprel ayından bitdiyi də məlum olub. İnterpol onu 2018-ci ilin fevralından axtarırdı.

S.Əbiyevanın İnterpol dosyesində göstərilir ki, onun 49 yaşı var, boyu 1.61 metrdir. İnsan alveri və narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı axtarışa verilib.





Xəbərin oxunma sayı : 154




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap