![]() |
|














Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc: “Gözlərimiz qarşısında dinc keçid baş verir ...“
Tarix 24.10.19, 22:32 |
|
871.jpg)
Bir neçə gündür ki, Prezident İlham Əliyev tərəfindən ciddi kadr dəyişiklikləri həyata keçirilir. Millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc AYNA-ya müsahibəsində ölkədə aparılan kadr islahatlarından danışıb, bir sıra məsələləri şərh edib.
AzFakt.com həmin müsahibəni oxucularına təqdim edir:
– Zahid müəllim, Prezident İlham Əliyev artıq bir neçə ciddi, hətta cəmiyyətin gözləmədiyi kadr dəyişikləri etdi, həmçinin bir sıra qrumlar birləşdirildi. Siz bu islahatlar barədə nə düşünürsünüz?
– Hesab edirəm ki, 2019-cu ildən başlayaraq dövlət rəhbərinin elan etdiyi yeniləşmə kursu, islahatlar hərəkatı ölkənin bütün sferalarını büsbütün əhatə etməkdədir. Bu, dəqiq müəyyənləşmiş bir proqram əsasında həyata keçirilir və çox təqdir olunandır. 2019-cu ilin 12 yanvarında keçirilən müşavirə zamanı cənab Prezident məhz bu addımların yol xəritəsini müəyyən etmişdi. Orada həm institusional islahatlar üçün konseptoloji tezislər, həm kadr dəyişiklikləri ilə bağlı məsələ, həm dövlət-vətəndaş münasibətləri ilə əlaqədar məqamlar, həm iqtisadiyyatın xarakterində gözlənilən addımlar və s. irəli sürülmüşdü. Gördüyünüz kimi, öncə sosial həyatı əhatə edən mühüm qərarlardan başlanıldı. Bu da səbəbsiz deyil, çünki 2015-ci ildə baş verən 2 devalvasiya fonunda ölkənin iqtisadi həyatında yaranan durğunluq, bir çox hallarda mənfi tendensiyalar, vətəndaşların, xüsusilə də bank sektoru ilə dərinləşən problemi, insanların məhkəmələrə çəkilməsi və s. öz-özlüyündə ölkəni müəyyən harmonik dinamikadan çıxardı. Sonradan sabitləşmə əldə olunsa da, devalvasiyanın mənfi nəticələrini tam ortadan qaldırmaq mümkün olmamışdı.
Bu mənada ilk qərarlar sosial istiqamətdə veriləndən sonra artıq Prezident müəyyən kadr dəyişikliklərini həyata keçirməyə başladı. Öncə güc strukturları ön yerə çıxarıldı və hörmətli Ramil Usubov, uzun illər ərzində Azərbaycan dövlətinə və milli təhlükəsizliyinə yüksək peşəkarlıqla xidməti nəzərə alınaraq, Təhlükəsizlik Şurasına gətirildi. Ardınca dövlət təhlükəsizlik orqanının rəhbərliyində dəyişiklik aparıldı.
İkinci tərəfdən, artıq sentyabr-oktyabr aylarında ölkə rəhbərliyinin verdiyi qərarlar, söylədiyi hər bir fikir, atdığı hər bir addım milli həyatı müəyyən edən gündəmə çevrilib. Bu gün Azərbaycan xalqı İstiqlaliyyət küçəsi 19, kabinet №1-dən verilən qərarların nə qədər mühüm əhəmiyyət kəsb etdiyinin fərqindədir. Bütün cəmiyyət, bütün ictimai institutlar, siyasi təşkilatlar, hərəkatlar bu məsələləri vətəndaşlara, millətimizə geniş şəkildə, dürüst formada izah etməlidir.
Gözlərimiz qarşısında dinc keçid baş verir, bu, şükürlər olsun, qansız-qadasız reallaşır. Ancaq bunu müxtəlif formada yerinə yetirənlər olub. Gürcüstan nümunəsi, Sakaşvilinin uğurları, onun komandasının gətirdiyi yeniliklər, demokratiyanın bərqərar olunması nə qədər təqdir olunurdu, ancaq sonda insanlar həmin qüvvədən imtina etdi, böyük pul kütləsinə sahib olan bir şəxs dövlət və hökumət üzərində çəki əldə etdi.
Ukraynada da oxşar mənəzərəni gördük, böyük inqilab elə həmin qüvvələrin hakimiyyət sistemində öz yerini daha da möhkəmləndirməsi ilə müşahidə olundu.
Qırğızıstanı da nümunə kimi göstərmək olar, həmin dəyişikliklərin müəllifi Atambayev indi həbsxanadadır.
Bu ölkələrdə dövlət sistemi yerində qalmadı, əksinə bir sıra hallarda qat-qat zəiflədi, xalqın ən ülvi amalları, istəkləri tamam əks nəticələr vermiş oldu, insanlar xəyal qırıqlığına uğradı. İndiki halda bizdə həyata keçirilən bu dinc dəyişikliklər isə ilk növbədə dövlət rəhbərinin ölkəni yeni bir siyasi idarəetmə, mənəvi, iqtisadi, iş imkanları, vətəndaşla münasibətlər müstəvisinə daşımaq üçün çox önəmlidir.
– Son dəyişiklilərdən sonra ölkənin xarici siyasi kursunda da dəyişiklik ehtimal olunurmu?
– Ölkənin hazırkı dövrdə xarici siyasət mənafeləri cənab Prezidentin 10 illər ərzində əsasını formalaşdırdığı iqtisadi mənafelərimizlə, bu geopolitik reallıqda öz yerimizi düzgün tutmaqla, tərəfdaşlarımızı müəyyənləşdirməyimizlə, hərbi əlaqələrə getdiyimiz dövlətləri seçməyimizlə, həmçinin regional və beynəlxalq prosesləri ardıcıl, intensiv izləməyimizlə birbaşa bağlıdır. Doğrudur, “siyasətdə daimi müttəfiqlik və düşmənçilik olmur” deyirlər və bunun tarixi nümunələri, əsasları var. Lakin hesab edirəm ki, bizim üçün bu gün daxildə baş verən bu böyük inqilabi dəyişiklilər fonunda region dövlətlər ilə münasibətlərimizi yenidən qurmağa ehtiyac yoxdur.
Oktyabr ayı ərzində Azərbaycanın həyatındakı bu mühüm addımlar həm də ona görə mümkün olur ki, Azərbaycan bölgə dövlətləri ilə çox yaxşı əlaqələr qurub. Əksinə, deyərdim ki, bu siyasət, ölkə rəhbərinin hər gün imzaladığı sərəncamlar, aktlar, fərmanlar bölgənin həyatına ümumən təsir edəcək, yalnız respublika çərçivəsində qalmayacaq. Lakin biz buna görə İranla münasibətlərimizi, Türkiyə ilə əlaqələrimizi, o cümlədən Gürcüstanla münasibətlərimizi yenidən qurmalı deyilik. Yeni komanda, yeni elita, yeni hökumət, yeni məmur obrazları Prezidentin ən yüksək tələblərinə sədaqətli şəkildə fəaliyyətlərini qurmalıdırlar. Belə olacağı təqdirdə bundan hamımız fayda götürəcəyik.
– Bu sualı ona görə verdim ki, dünən vəzifəsindən uzaqlaşdırılan Ramiz Mehdiyev, cəmiyyət tərəfindən ölkənin xarici siyasətinə təsir edən ciddi fiqur kimi qəbul olunurdu…
– Son qəbullarda dövlət rəhbərinin hər bir şəxsə verdiyi qiyməti, dəyərləndirməni əsas götürərək təhlillərimizi aparmalıyıq. Bundan öncə Baş Nazirin müavinləri Prezidentin qəbuluna layiq görüldülər. Həmin şəxslərə cəmiyyətdən müxtəlif fikirlər səsləndirilməsinə rəğmən, ölkə rəhbərliyi verdiyi tapşırıqları onların hansı səviyyədə yerinə yetirmələrini hamıdan daha yaxşı bilir. Çünki hər bir sahədə fəaliyyətin düzgün qiymətləndirilməsi üçün açıq və ya qapalı arayışlar, təhlilli sənədlər, məxfi məlumatlar olub. Bu üzdən dövlət rəhbəri çalışır ki, insanlar sabiq şəxsə çevriləndə də onu informasiya atəşinin altına salmasınlar. Bu qəddar münasibət həmin şəxslərin özündən çox dövlət əleyhinə propoqandanın tərkib hissəsinə dönür. Bu da yolverilməzdir.
Azərbaycan üçün on illər, yüz illər ərzində yaxşı ənənə formalaşmalıdır ki, gələcəkdə məmur olmağı qarşısına məqsəd qoyan insanlar bu obrazlara uyğun davranmaq istəsinlər. Bu üzdən Ramiz Mehdiyevin fəaliyyəti ölkənin ən ali mükafatı olan Heydər Əliyev ordeni ilə təltiflə yekunlaşdı.
Bu gün onu da dəyərləndirmək lazımdır ki, Prezidentin qələminin mürəkkəbi ilə qansız-qadasız, vətəndaş toqquşmaları olmadan bu proseslər həyata keçirilir. Ölkə rəhbəri institusional addımlarla məmur sayını Azərbaycan əhalisinə uyğunlaşdırmaqla bürokratik əngəlləri aradan qaldırmağa çalışır. Həmçinin artıq neft amilini müəyyən qədər arxa planda saxlamağa çalışan bir dövlət iradəsi ortadadır. Biz bunu qiymətləndirməliyik və məsələ düzgün təhil olunaraq insanlara çatdırılmalıdır. Ucqarda yaşayan sadə vətəndaşın dilindən səsləndirilən fikirlər ölkə rəhbərinin verdiyi mesajlarda bu günlər ərzində özünün ən yüksək təsdiqini tapır. Bu, dövlət rəhbəri ilə insanlar arasındakı mənəvi bağlılığın ən yüksək nümunəsidir. Dövlət rəhbəri bu problemləri dilə gətirməklə sübut edir ki, bu sahədə mövcud olan problemləri aradan qaldırmaqda maraqlıdır.
– Baş Nazirin müavinləri ilə görüşdə Prezident başqa yaşlı məmurları da istefaya səslədi. Sizcə, ölkə başçısının bu çağırışdan sonra Azərbaycanda istefa mədəniyyəti formalaşacaqmı? Yəni istefaların davamı gələcəkmi?
– Prezidentin mesajı eşidilib. Bütün hakimiyyət strukturlarında ölkə rəhbərinin yeni dövrün çağırışları, məmur obrazları, onların təkcə yaşı deyil, fəaliyyəti, təfəkkür tərzi, bu dövrün innovasiyası, texnologiyası əsasında çalışmaq qabiliyyəti və s. ilə bağlı tələbləri normativə çevrilib. Qaraqabaq, əlçatmaz, tündməcaz, adi ünsiyyətdə, danışıqda görünməyənləri indi fərqli obrazlar əvəz etməkdədir.
Vaxtilə vergi strukturunda hansısa bir müəəsisəyə, təşkilata müfəttişlər gedəndə insanlar onu qorxuyla, həyəcanla qarşılayırdılar. İndi bu qorxunu Mikayıl Cabbarov gülərüz sima ilə, ünsiyyətcil olmaqla, həmçinin aparılan böyük uğurlu dəyişikliklərlə dəf etməyi bacardı. 2015-ci ildə Eldar Mahmudovun vəzifədən çıxarılması və təkcə təhlükəsizlik sisteminin deyil, iqtisadiyyata kobud müdaxilələr edən, qanunsuz addımlar atan adamların əlini yığışdırmaqla, biznes üzərindəki yoxlamaları və digər qara təqibləri ləğv etməklə ölkənin həyatını köklü surətdə dəyişdirmək mümkün oldu. Ən önəmlisi, idarə edənlər artıq istisadiyyatda iştirak etmirlər. İndi artıq dövlət başçısı özünü bu yeni modelin müəllifi kimi təqdim etməkdədir.
1999-cu ildə ulu öndər prokurorluq orqanlarındakı problemlərlə bağlı geniş müşavirə çağırmışdı. Həmin müşavirədə Heydər Əliyev bildirmişdi ki, “Açın pəncərələri, qoyun, bu salonlara, otaqlara yeni nəfəs gəlsin”. Şahin Mustafayevi qəbul edərkən Prezident İlham Əliyev də həmin fikri, sanki təkrarlamış oldu. Hesab edirəm ki, bütün kabinetlərdə, bütün hakimiyyət qollarında, məhkəmə sistemində, parlamentdə dövlət rəhbərinin irəliyə sürdüyü bu proqramların, ideyaların, çağırışların dəyərləndirilməsinə gedilməlidir.
Arzu edirəm ki, bütün institutlarda, təşkilatlarda, elmi birliklərdə, ziyalılar cameəsində, icra hakimiyyəti orqanlarında, xalqla ünsiyyətin mümkün olan bütün platformalarında diskussiyalar aparılsın. Prezidentin qaldırdığı problemlərdə bizim nə qədər yer almağımız müzakirə olunsun, bu yöndə dönüş etmək üçün hansı addımlar atmalı olduğumuzun mahiyyətinə varılsın. Belə olan halda hər kəs ölkənin dəyişimində iştirak etmiş olacaq.
– Baş verən son hadisələri “oktyabr inqilabı” kimi dəyərləndirənlər oldu…
– Müxtəlif epitetlər, adlar, yanaşmalar edilə bilər, bunların hər birinin özünəməxsus gerçəklik dərəcəsi olar. Önəmli məsələ ondan ibarətdir ki, Prezident İlham Əliyev düşüncələri, beyinləri, zəkaları dəyişir, ölkənin ideologiyasında, sözün həqiqi mənasında inqilab edir. Amma digər yandan bütün bunlar bizim klassik mənada başa düşdüyümüz revolyusiya deyil. Reformasiya öz-özlüyündə ondan ibarətdir ki, ölkə keyfiyyət dəyişikliyinə uğrayır. Biz öz xəlqi dəyərlərimizi, həmçinin dövlət qurma bacarığımızı sübuta yetirə bilmişik. Bölgədə Azərbaycanın güclü yeri formalaşıb və indi ölkə rəhbəri gündəmə kadr məsələlərini gətirib.
Əminəm ki, hökumətin büsbütün dəyişməsi fonunda, artıq sabahın Azərbaycanında, sənayeləşməsi birinci yerdə dayanan, modernləşməsi ön yeri tutan Azərbaycandan danışmağa başlayacağıq. 2020, 2025, 2030-cu illərin Azərbaycanına fərqli nəzərlərlə baxıram. Ümidvaram ki, İlham Əliyev elə bir ölkə bərqərar etmək istəyir ki, onun vətəndaşının gözü orda-burda qalmasın, başqa ölkələri özü üçün müqəddəsləşdirməsin, öz ölkəsindən yuxarı yerə qaldırmasın, əksinə, Azərbaycanda yaşamağından qürur duysun, bu dövlətə güvənsin, bu məmləkətin içərisində yer almasından, qurub-yaratmasından zövq alsın. Azərbaycan yaxşılığın, qədirbilənliyin, dövlətlə birgə çalışmanın ünvanına çevrilsin. O şəraitdə bundan hamı udmuş olacaq və böyük problemlərimizin də həlli əlçatan olacaq.
– Rəhbərlik etdiyiniz Sosial Tədqiqatlar Mərkəzinin rəylərinin ölkədə aparılan bu islahatlara təsiri varmı?
– Tədqiqat mərkəzləri dünya dövlətlərinin, aparıcı ölkələrin həyatında mühüm rol oynayır. Həmin ölkələrdə hazırlanan hesabatlar, təhlil sənədləri, rəylər müvafiq institutlara, aidiyyəti təşkilatlara, həmçinin dövlət rəhbərliyinə təqdim olunur ki, bu və ya digər qərarlada öz ifadəsini tapsın. Biz ölkə rəhbərinin başlatdığı böyük islahatlar hərəkatının cəmiyyət tərəfindən qiymətləndirilməsinə baxmaq istədik. Təşkilat olaraq formalaşan kimi bu mövzulara baş vurduq və 10-dan artıq mövzularda mühüm sənədlər ərsəyə gətirildi. Yaxın günlərdə onun ikinci, üçüncü hissəsini görəcəksiniz.
Önəmli olan məsələ budur ki, Prezident vətəndaş düşüncəsini, ictimai fikri gözəl şəkildə nəzərə aldığını nümayiş etdirir və bu, çox vacib məsələdir. Uzun illərdir ki, demokratik ölkələrdə gündəlik reytinq qiymətləndirmələri, ictimai fikrin ölçülməsi əsasında fəaliyyət aparırlar. O səbəbdən biz dövlət üçün müxtəlif sahələrdə vəzifələr və tapşırıqlar almışıq ki, problemləri qiymətləndirək, təhlil edək və həmin məsələlər əsasında müxtəlif açıq və ya qapalı arayışlar, sənədlər hazırlayaq, dövlətə bununla bağlı müəyyən təkliflər verək, indikator rolunda çıxış edə bilək. Amma bütün bunlar obyektiv olsun. Dövlət rəhbərinin bizdən tələbi odur ki, hesabatlar rənglənmədən, xüsusi boyalara salınmadan, maraqlar prizmasından keçirilmədən təqdim edilsin. Bu, çox önəmli məsələdir.
Ölkə rəhbərlərinin cəmiyyətin düşüncələrini olduğu kimi görmək üçün böyük imkanları var, bir çox strukturlardan məlumat ala bilirlər. Amma, həmçinin elmi əsaslarla, gerçək prinsiplər əsasında tədqiqat aparan beyin mərkəzlərinə də yer verirlər. Nə yaxşı ki, Azərbaycanda bunu mövsümi deyil, davamlı əsaslarla qurmaq istəyi var və belə olan təqdirdə bizim də bu gün borcumuz ondan ibarətdir ki, dövlət rəhbərinin həyata keçirdiyi strategiyanın nə qədər əhəmiyyətli olduğunu cəmiyyətə təqdim edə bilək. Burada həm vətəndaşdan dövlətə, həm də dövlətdən vətəndaşa qarşılıqla qaydada, harmonik formada işlər görək.
Mənbə: Ayna.az
Xəbərin oxunma sayı : 490
Müsahibə
Xəbərlər
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Xanımı Ərdoğanın çlxışı zamanı ağladı - VİDEO
-
Bakı Suriya və İsrail danışıqlarına ev sahibliyi edəcək - KİV
-
Fitnes məşqçilərinin təqdim etdiyi qidalanma proqramları niyə bahadır? - VİDEO
-
Ölkədə 1,5 milyon sahibkar var - Ən çox biznesmen hansı rayonlardadır?
-
Azərbaycanlılar Türkiyədə kütləvi şəkildə mənzil alırlar: Onları ora nə çəkib aparır?
-
Xurmanı Almaniyadan 17 manata, Çindən 2 manata alırıq - QİYMƏTLƏR
-
“Putin İranın uranı zənginləşdirməsinə tam qadağanı dəstəkləyir“ - KİV
-
“Epidbiomed” MMC-yə 138 min manatlıq sifariş - Təsisçisi qanunsuz dərman dövriyyəsinə görə həbs edilmişdi
-
Yeni qida normaları kimlərə şamil ediləcək? - DEPUTAT AÇIQLADI
-
Abşeron İcra Hakimiyyətinin həbs olunan əməkdaşı: “Zəng edib dedi ki, 30 min manat istə“
-
“Sputnik Azərbaycan“ Rusiya FTX-nin filialından başqa bir şey deyildi - Mətbuat Şurası
-
İlham Əliyevin Suriya Prezidenti ilə geniş tərkibdə görüşü oldu - FOTOLAR
-
Çay evində zarafat faciə ilə nəticələndi - Göyçaydakı cinayətin TƏFƏRRÜATI
-
SOCAR Suriya Hökuməti ilə Anlaşma Memorandumu imzaladı - FOTO
-
Nazirlikdən hava ilə bağlı əhaliyə - Videomüraciət
-
“Türkiyə Suriyada da terror dəftərinin bağlanacağına inanır“ - Ərdoğan
-
Azərbaycan klublarının dəyəri nə qədərdir? - SİYAHI
-
Suriya Prezidenti Azərbaycandadır - Fotolar
-
Hər 1 manat Yağmurun həyatını xilas edə bilər - Çarəsiz anadan yardımsevər insanlara MÜRACİƏT
-
Xanımı Polad Həşimovun şəhid xəbərini necə almışdı? - FOTOLAR
-
Dövlət Departamentinin 1300 əməkdaşı işdən çıxarıldı - FOTOLAR
-
Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova təqaüdə göndərildi - FOTO
-
“Evlərimiz təhlükədədir, hər an çökmə baş verə bilər” - VİDEO
-
Koçaryan Simonyana qarşı daha bir iddia qaldırıb - Nədə ittiham edir?
-
Avtomobillərin utilizasiyası sistemində boşluqlar - İşbazlar fürsətdən istifadə edirlər (VİDEO)
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Ölkədə nikahsız doğulanların sayı artır - İki baxış
-
Həm arıq saxlayır, həm də ürəyə xeyirdir - Hazırda mövsümüdür
-
Tələbələrin təqaüdündən xəbərsiz tutulan pullar hara gedir? - VİDEO
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Tovuz döyüşlərindən 5 il ötür
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
-
Xocalı girovlarının ifadələri: Dəhşətli faktlar ortaya çıxdı
-
Mingəçevir sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq
-
“Yadıma düşmür ki, nəvaxtsa mən onu söyüm...“ - Zülfüqarov Məmmədyarova cavab verdi
-
Kolumbiya üsyançılarının sayı artır - hökumət narahatdır
-
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
-
“Azəriqaz”da absurd təyinat…- Nəqliyyat mühəndisi maliyyə sektorunda
-
15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı - Sahibkarın başına iş gəldi
-
Baş prokuror Nərimanovda vətəndaşları qəbul etdi - Fotolar
-
“Qaçqınkom“un tenderi şübhələr yaratdı: “SS-İnşaat“ kimindir?
-
Əli Əsədov İqtisadi Şuranın üzvlərini topladı - Müzakirə
-
Natiq Cəfərli quru sərhədlərinin bağlı qalmasını tənqid etdi - “Belə də iş olar?!”
-
“Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir? - Araşdırma
-
Dövlət Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişdi - Fərman
-
Biləcəridə şəhid ailəsinin evini dağıtdılar - FOTOLAR
-
Serftifikasiyadan kəsildi, məktəbə texniki işçi kimi düzəlmək istədi - Dələduzluğun qurbanı oldu
-
Pekin düşmənlərinə qarşı “kiber-arılar“ yaradır - SENSASİNON DETALLAR
-
Əhalinin banklardakı əmanətləri 15 milyard manatı keçib - Statistika
-
Bakıda avtomobil ehtiyat hissələri mağazasının faəliyyəti dayandırıldı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Nikahların sayı artıb, boşanmalar azalıb - Doğulanların və ölənlərin sayı isə...
-
Mənzil qiymətləri niyə sürətlə artır? - Bazara təsir edən amillər
-
Dənizçi pasportu almaq istəyən 181 nəfəri belə aldadıblar - DƏLƏDUZLUQ İŞİ
-
“Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır“ - “Financial Times“
-
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq - XƏBƏRDARLIQ
-
“Veysəloğlu“ Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTOLAR
-
Sosial yardım məbləğində artımlar olacaq? - Deputat
-
PKK silahları təhvil verməyə başladı - FOTOLAR/VİDEO
-
Xocalıda girov götürülmüş qadın: Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı
-
Bosniyalı müsəlmanların qətli - Srebrenitsa soyqırımından 30 il ötür
-
Azərbaycanda orta aylıq əmək haqqı 9 % artıb - Rəsmi
-
Prezident daha bir fərman imzalayıb - Şübhəli əməliyyatlarla bağlı
-
Lisey və gimnaziyalara qəbul - 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb
-
“Yaşayış minimumu haqqında” qanun dəyişib - Fərman
-
Magistraturanı bitirənlər bu qədər maaş alacaq - SİYAHI
-
“Bakinski raboçi”, “Respublika” və “Xalq qəzeti”... - Prezident bu nəşrlərlə bağlı fərman verdi
-
İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi - FOTO
-
Pakistanda avtobusa silahlı hücum olub - 9 nəfər öldürülüb
-
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
-
Bakıda dəfn mərasimində DƏHŞƏT: Oraqla qardaşının BAŞINI KƏSDİ
-
20 avtobus marşrutu müsabiqəyə çıxarılır - SİYAHI
-
Köhnədir, oturacaqları sınıqdır - 50 nömrəli avtobusdan ŞİKAYƏT
-
Bakı zənginlərinin qumar oynadığı məkan: “Ağ klub“un aqibəti necə oldu? (VİDEO)
-
ABŞ-nin NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər - Tramp
-
Sumqayıtda əliliyi olan şəxslər üçün quraşdırılan panduslar yarımçıq qaldı - VİDEO
-
İsrail yaxın vaxtlarda bir neçə ərəb dövləti ilə sülh sazişi imzalaya bilər - Netanyahu
-
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib - Statistika
-
Bazarlarda satılan şaftalıların üzərinə boya vurulur? - VİDEO
-
Azərbaycanda əhalinin yanacaq xərclərinin nə ilə bağlıdır? - VİDEO
-
“Ciyər axşamı”ndakı qanlı davanın səbəbi bilindi - Məclis sahibi də etiraz edib
-
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
-
Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - Valideynlər danışdı
-
Metroda ən çox sərnişin bu stansiyalardan istifadə edir - SİYAHI
-
“AtaSığorta” kibertəhlükəsizlik tələblərini pozub - AMB xəbərdarlıq etdi
-
Bakının ən bahalı və ucuz mənzilləri - Sotu 350 min AZN olan torpaq sahəsi
-
Sərxoş sürücü polisə tabe olmadı - İçkili maşın sürməsini belə izah etdi
-
Romada Ukrayna toplantısı: Zelenski Marşall Planı təklif edir
-
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
-
Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşdü - Fotolar
-
Bu imtahanın keçirilmə qaydaları dəyişdirildi - Keçid balı artırılıb
-
Kiyevə göndərilən dron səfirliyimizin yaxınlığına düşüb - Fotolar
-
DİN-də kollegiya iclası: Vilayət Eyvazov yeni tələblər qoydu - FOTO
-
Ən çox şikayət edilən sığorta şirkətlərinin - Siyahısı
-
Lavrov və Rubio arasında görüş olub - Nə müzakirə edilib?
-
Bakı metrosunda ən çox hansı stansiyadan istifadə edilir? - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Nar” tədbirdə rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - Fotolar
-
Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat
-
Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
-
İlham Əliyevlə Paşinyan nələri müzakirə ediblər? - Rəsmi açıqlama
-
Cərrah Elçin Bayramov qonşularına təzyiq göstərir - “Heç kimdən qorxmuram...“
-
Azərbaycan kənd təsərrüfatında fəlakət göstəriciləri: Əkin sahələrinin zərəri 90% artdı
-
İşdən çıxarılan məktəb direktorlarının 20 faizi vəzifəsinə bərpa olunub - Nazir
-
Özünü “vəkil“ kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - ŞİKAYƏT
-
Azərbaycanla Ermənistan bu məsələlərdə razılığa gəldi - Görüşün nəticələri
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Xocalıda yaralanan şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım isə...
-
Generalın nömrəsini axtaran müəllimin başına oyun açdılar - DƏLƏDUZLUQ İŞİ
-
İlham Əliyevlə Nikol Paşinyan arasındakı görüş başa çatdı - FOTO
-
“Bakı və İrəvanın sülh sazişi imzalaması regiona sabitlik gətirəcək“ - Peskov
-
Miras üstündə mübahisələrə son qoyulur? - Qanun dəyişdi, qaydalar yeniləndi
-
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
-
Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı - SİYAHI
-
“Atlant” sahibi ilə kürəkəni məhkəmədə üz-üzə - 14 milyon kimin cibindədir?
-
“Təxminən 20 min uşaq bağçadan kənarda qalacaq“ - Nazir
-
Zelenskidən Rusiyaya xəbərdarlıq: “Sərt reaksiya olacaq!”
-
I və IV ixtisas qrupları üzrə imtahan keçiriləcək - DİM-dən xəbərdarlıq
TOP 10
ARXİV