Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

SSRİ-ni Əfqanıstan bataqlığında boğan adam - Zbiqnev Bjezinski

Tarix 27.05.17, 20:23

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün dünya siyasətinin ən böyük nəzəriyyəçi alimlərindən və əsl avtoritetlərindən sayılan, ABŞ-ın xarici siyasətinə yön verən dövlət adamlarından biri olan Zbiqnev Bjezinski 90 yaşında dünyasını dəyişib.

Rəsmi bioqrafiyaya əsasən, Bjezinski 1928-ci il martın 28-də, Polşanın paytaxtı Varşava şəhərində zadəgan ailəsində dünyaya gəlib. Onun atası Tadeuş Bjezinski Polşa diplomatı olub.

1938-ci ildə ildə atası diplomatik fəaliyyətlə bağlı olaraq Kanadanın Monreal şəhərindəki Polşa Konsulluğunda işə göndərilir. Həmin vaxtdan Bjezinksilər ailəsi Amerika qitəsində qalır.

Bjezinski ali təhsilini Kanadanın Monreal şəhərində yerləşən Makgil universitetində alır. 1953-cü ildə isə Harvard universitetində SSRİ-də totalitar sistemin formalaşması ilə bağlı yazdğı dissertasiya əsasında politologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülür. Elə həmin ildən o, dünyanın ən prestijli universitetlərində dərs deməyə başlayır. 1953-1960-cı illərdə Harvard, 1960-1989-cu illərdə isə Kolumbiya universitetlərində politologiya fənni üzrə dərs keçir.

Bundan başqa, Bjezinski Kolumbiya universitetində çalışarkən “Kommunizm məsələləri üzrə institut”un əsasını qoyur.
Bjezinskinin xarici siyasət məsələlərindəki nəzəri çalışmalari dövlətin xarici kəşfiyyat və siyasət qurumlarının diqqətini cəlb edir. 1966-1968-ci illərdə o, Dövlət Departamentinin planlaşdırma üzrə şurasının üzvü seçilir. Burada Bjeznski xarici siyasət idarəsinin antikommunizmlə bağlı qlobal strategiyası, habelə texnotron era nəzəriyyələri, Amerikanın dünyada hegemonluğunun təsbit edilməsi üzrə konsepsiyalar işləyib hazırlayır.

60-cı illərdə Bjezinskinin xidmətlərdindən həm Kennedi, həm də Lindon Conson administrasiyaları geniş istifadə edirlər. Qatı demokrat olan Bjezinksi Lindon Conson dövründə vitse-prezident Uinfred Hamfrinin xarici siyasət məsələlərri üzrə müşaviri olur. 1976-1980-ci illərdə isə Bjezinksi ABŞ prezidenti Cimmi Karterin milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsinə layiq görülür.

Bjezinski Sovet İttifaqının Əfqanıstan bataqlığında boğulmasının əsas memarlarından biri sayılır. Məhz o, SSRİ Əfqanıstana müdaxilə etdikdən sonra prezident Karteri Əfqanıstan mücahidlərinə yardım etmək barədə proqram hazırlamağa razı sala bilmişdi.

Bjezinski ABŞ-ın əfqan mücahidlərinə hərbi və maliyyə yardımı göstərdiyini qəbul etsə də, Əl Qaida kimi terror təşkilatının yaradılmasındakı rolunu inkar edir.

Sonradan Bjezinski müsahibələrindən birində deyirdi:

“Mən nəyə görə üzr istəməliyəm ki,.. Bu gizli əməliyyat (Əfqanıstanda islam fundamentalistlərinin dəstəklənməsi nəzərdə tutulur-red.) əla ideya idi. Sovetlər Əfqanıstan sərhədini keçən günü mən Karterə yazdım: “Bizim əlimizə SSRİ-yə Vyetnam savaşını yaşatmaqla bağlı əla fürsət düşüb. Doğrudan da, bu ideya SSRİ-nin bütün iqtisadi imkanlarını tükədən və onun dağılmasına yol açan münaqişəyə çevrildi. İndi mənə deyin, dünya tarixi üçün hansı vacibdir? Taliban, yoxsa SSRİ-nin dağılması?”...

1987-1989-cu illərdə, Bjezinksi Reyqan dövrndə xarici kəşfiyyat üzrə məsləhət şurasının üzvü olur.

Bill Klinton administrasiyasında isə Bjezinksinin nəzəri ideyalarından geniş istifadə edilib. Bjezinksi NATO-nun şərqə doğru genişlənməsi konsepsiyasının müəllifi hesab edilir.

Məhz bu çərçivədə o, keçmiş SSRİ respublikalarının bir çox rəhbərləri, xüsusilə mərhum prezident Heydər Əliyevlə yaxın münasibətlər qurur.
Həyatının son illərində Bjezinski Vaşinqtonda yerləşən Strateji və beynəlxalq araşdırmalar mərkəzinin həmsədri və idarə heyətinin üzvü kimi fəaliyyət göstərirdi. Bundan başqa, o, Con Hopkins adına universitetin nəznində beynəlxalq araşdırmalar mərkəzinin də araşdırmaçı professoru olaraq fəaliyyət göstərib. Bjezinski Atlantik Şurası, Freedom House təşkilatının direktorlar şurasının üzvü, Üçtərəfli komissiya kimi nüfuzlu təşkilatın aparıcı üzvü sayılıb.

Müasirləri Bjezinskini ABŞ-ın dünyadakı ağalığını təmin edən ən böyük nəzəriyyəçilərdən biri hesab edirlər.

Bjezinski bununla bağlı ideyalarını "Böyük iflas", "Hakimiyyət və prinsip", "Böyük şahmat taxtası", "Seçim: qlobal hakimiyyət, yaxud qlobal liderlik" və s . kimi kitablarında təbliğ edib.

Azərbaycan oxucularına Bjezinskinin ən çox “Böyük şahmat taxtası” əsəri tanışdır. Çünki burada Zbiqnev Bjezinski Azərbaycanın gepolitik əhəmiyyətindən, onun dünyadakı siyasi proseslərdə oynadığı roldan bəhs edib və dövlətimizi ABŞ üçün həyati vacib bölgələrdən biri olaraq dəyərləndirib.

 

Musavat.com



Xəbərin oxunma sayı : 856




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap