Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Stressə dözümlü deyilsinizsə, bu peşələrdən uzaq durun –SİYAHI

Tarix 07.07.18, 4:41

Font ölçüsü : - / +
bitmap-img6


İş mühiti özlüyündə stress gətirsə də, bəzi peşə sahələri xüsusilə stressə dözümlü insanlara uyğundur.

Həyatınızın heç bir sahəsində stresslə mübarizə apara bilmirsinizsə, aşağıdakı 10 ixtisas sahəsində işləməyi əsla düşünməyin.

Telefon operatoru
Gün ərzində həyata keçirdikləri onlarla telefon görüşməsi zamanı yüksək səslə danışmaq məcburiyyətində olan və tənqidə məruz qalan telefon operatorları, hər zaman əsəblərini cilovlamalıdırlar.

Təyyarə pilotu
Yüksək maaşlı bir iş olsa da, pilotlar daim stress şəraitində çalışırlar. Uçuş zamanı yol veriləcək ən cüzi səhv və ya yaşanılacaq ən kiçik problem sərnişinlərin həyatını təhlükəyə ata bilər. Əlverişsiz hava şəraiti, uçuşun gecikməsi və əsəbi sərnişinlər də stress yaradan amillərdəndir.

Yanğınsöndürən
Onlar, ölümlə üz-üzə gələrək alovların və dumanın arasından insanları xilas etməyə çalışlar.

Anestezioloq
Əməliyyat zamanı xəstəni müvəqqəti olaraq həyatdan ayıran və sonra yenidən oyandırmaqla məsul olan anestezioloqlar üçün bu işin təsviri belə özlüyündə stress səbəbidir… Bu böyük məsuliyyətlə yanaşı gərgin iş rejimi və növbətçilik proqramları səbəbilə xəstələrin həyatı və yuxusuzluq arasında mübarizə aparmaq olduqca çətindir.

Rəqqas/Rəqqasə
Müntəzəm məşqlər, illərin təcrübəsi və sonunda ölüm təhlükəsi olmamasına baxmayaraq rəqqaslar qatıldıqları hər yarışmada stress keçirirlər.

Canlı yayım müxbiri
Onlardan, xətaya yol verməmək üçün üzərilərində hiss etdikləri təzyiqlə və vaxtla yarışaraq işlərini icra etmək tələb olunur. Bu hiss etdikləri təzyiq də onların stress keçirməsinə səbəb olur.

Cərrah
Əməliyyat masasına yatan xəstələrin həyatının xilas edilməsi məsuliyyəti onların stress yaşaması üçün əsas səbəbdir.

Təcili yardım tibb bacısı
Yaralanan insana ilk tibbi yardım göstərərək onların səhiyyə ocaqlarına çatdırılmasından məsul olan təcili tibbi yardım işçilərinin yaşadıqları stress də diqqətə layiqdir.

Taksi sürücüsü
Hər gün müxtəlif insanlarla ünsiyyətdə olan taksi sürücüləri, xüsusilə də böyük şəhərlərdə tıxacla da mübarizə aparmalı olurlar.

Polis
İşlərini icra edərkən həyatları təhlükədə olan polis məmurlarının yaşadıqları stressin yeganə səbəbi bu deyil. Müəyyən qaydalar çərçivəsində cəmiyyətin nizamını təmin etmək və vətəndaşların həyatını qorumaq da onların işinin bir hissəsidir. (Fins.az)



Xəbərin oxunma sayı : 490




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap