“Niyə kiməsə görə məclisdən gedim?“ “100 saatdan çox narkoz almışam” - Aygün Kazımova Demet Akalının əri müflis oldu Məşhur müğənni aktrisa ilə evləndi - Fotolar
Axtar
 
  • / Maqazin / — 17 İyul 2018

    “Niyə kiməsə görə məclisdən gedim?“

  • / Maqazin / — 14 İyul 2018

    “100 saatdan çox narkoz almışam” - Aygün Kazımova

  • / Maqazin / — 13 İyul 2018

    Demet Akalının əri müflis oldu

  • / Maqazin / — 12 İyul 2018

    Məşhur müğənni aktrisa ilə evləndi - Fotolar

  • / Maqazin / — 10 İyul 2018

    Çinarə və Nadir arasında qalmaqal: Gəbər inşallah - VİDEO

  • / Maqazin / — 10 İyul 2018

    Roza ilə Nura arasında birincilik qalmaqalı

Sumqayıtda evə silahlı basqın edildi

Tarix 13.09.17, 14:16

Font ölçüsü : - / +
bitmap-img6


Daxili işlər orqanları cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai asayişi kobud surətdə pozan, üzərlərində qanunsuz olaraq silah saxlayan şəxslərin müəyyən edilərək qanunla məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbiri tədbiri həyata keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 11-də Sumqayıt şəhəri ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfərin xuliqanlıq zəminində şəhər sakini Mirmehdi Cəfərovu döyüb xəsarət yetirdikləri, daha sonra isə onun evinə hücum edərək tapança ilə hədələdikləri barədə Sumqayıt Şəhər Polis İdarəsinə (ŞPİ) məlumat daxil olub.

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin şəhər sakinləri Anar Tağızadə və Qabil Əliyev tərəfindən törədildiyi müəyyən edilib və həmin şəxslər saxlanılaraq istintaqa təqdim olunub.

A.Tağızadənin idarə etdiyi avtomobilə baxış zamanı hadisə zamanı istifadə etdiyi 1 ədəd pnevmatik, həmçinin əlavə olaraq 1 ədəd idman tapançası aşkar olunaraq götürülüb.

İlkin ifadəsi zamanı A.Tağızadə zərərçəkən şəxsin onun ailə üzvlərindən birinin ünvanına nalayiq ifadələr işlətdiyinə görə tanışı Q.Əliyevlə birlikdə onu döydüyünü və silahla evinə hücum etdiyini etiraf edib.

Qeyd edilən faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.









Xəbərin oxunma sayı : 145

loading...

Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda