Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Sumqayıtda sexdən 31 ton metal oğurlayan iki nəfər saxlanıldı –DİN-dən açıqlama

Tarix 16.05.19, 12:23

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıtda sexdən 31 ton metal oğurlanıb. 

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə şəhər ərazisindəki müəssisələrin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Zərərçəkmiş Bakı şəhər sakini T.Ələsgərov 2018-ci ilin dekabr ayından cari il may ayının 14-dək olan müddətdə H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən “Azərbaycan məişət malları” ASC-nin həyətində icarə əsasında işlətdiyi metaləritmə sexindən 31 ton əlvan metal qırıntılarının oğurlandığını bildirib.

Müraciətlə əlaqədar təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakinləri Anar Kərimov və Rəşad Əzizovu müəyyən edilərək saxlayıblar.

Araşdırmalarla onların qeyd edilən əlvan metal qırıntılarını şəhər sakini olan bir nəfərə satdıqları müəyyən edilib.

Faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Xəbərin oxunma sayı : 154




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap