Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Suriyanın Rəqqa şəhərindən dəhşətli görüntülər –İŞİD-in məhv etdiy insanların toplu məzarlıqları tapılır (Foto)

Tarix 10.12.18, 22:44

Font ölçüsü : - / +
bitmap-img6


Suriyanın Rəqqa şəhərində ötən həftə 500-dən artıq cəsədin olduğu kütləvi məzar aşkar edilib. Bu şəhər bir zamanlar İŞİD qrupunun nəzarətində idi.

2017-ci ildə Rəqqa ABŞ-ın dəstəklədiyi qüvvələr tərəfindən azad edildikdən sonra şəhər və ətraflarında kütləvi məzarlar aşkar edilməyə başlayıb. Bəzi cəsədlər İŞİD üsyançılarına məxsusdur. Digərləri isə qadınlar və uşaqlar da daxil edilməklə, mülki əhalidir

Rəqqanı idarə edən Vətəndaş Şurasının sözçüsü Yasir Xamisin bildirdiyinə görə, indiyədək aşkar edilən 10 kütləvi məzardan 7-si üzərində iş aparılıb.

“Bu, Rəqqada aparılan axtarış əməliyyatları nəticəsində aşkar edilən ən böyük məzardır. Burada iş 3 aya yaxın davam edib. Bəzi cəsədlər İŞİD üsyançılarına məxsusdur. Digərləri isə qadınlar və uşaqlar da daxil edilməklə, mülki əhalidir” – deyə, Xamis Amerikanın Səsinə bildirib.

İŞİD bölgədə 2014-2017-ci illər ərzində bir çox insanı qətlə yetirib. Kütləvi qırğınlara onların ideologiyası ilə razılaşmayanlar da məruz qalıb. Yerli ekspertlərin dediyinə görə, Panorama məzarında 1500-dən artıq cəsəd çıxarılıb.

İnsan haqlarının müdafiəsi qrupları cəsədlərin gələcək kriminal məhkəmələrə dəlil kimi saxlanmasını təklif edir.

Bu məzarlıqda aşkar edilənlərin son 4 ay ərzində İŞİD-ə qarşı genişmiqyaslı əməliyyatlar zamanı öldürüldüyünə inanılır. Ekspertlər İŞİD döyüşçülərinin müəyyən edilməsi üçün cəsədlərin diqqətlə araşdırıldığını deyib.

Tibbi ekspertiza həkimi Mahmud Hacı Həsən Amerikanın Səsinə deyib ki, İŞİD döyüşçülərinin yerli və ya xarici olduqları onların bədən, üz və saçları ilə müəyyən edilir.
İŞİD-in bir zamanlar xilafət adlandığı Suriya və İraqın bəzi bölgələrində daha çox kütləvi məzarların aşkar ediləcəyi gözlənilir.

(Amerikanın səsi)



Xəbərin oxunma sayı : 154




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap