Müğənni Afaq kamera önündə soyundu… – FOTO Nigar Camal çimərlikdən paylaşım etdi - VİDEO Afaq Gəncəli açıq-saçıq geyimdə... - Video Müğənni Afaq ərə gedir - Braziliyalı iş adamına
Axtar
 
  • / Maqazin / — 22 Sentyabr 2020

    Müğənni Afaq kamera önündə soyundu… – FOTO

  • / Maqazin / — 21 Sentyabr 2020

    Nigar Camal çimərlikdən paylaşım etdi - VİDEO

  • / Maqazin / — 05 Sentyabr 2020

    Afaq Gəncəli açıq-saçıq geyimdə... - Video

  • / Maqazin / — 02 Sentyabr 2020

    Müğənni Afaq ərə gedir - Braziliyalı iş adamına

  • / Maqazin / — 24 Avqust 2020

    Nəsrin Cavadzadə qırmızı əlbisədə... - VİDEO

  • / Maqazin / — 18 Avqust 2020

    Pərvin Abıyevanın istirahət paylaşımı olay oldu - FOTO

Tünzalə TV-ləri, Tahir İmanov isə Afət Fərmanqızını təndiq etdi - Şok sözlər

Tarix 27.05.20, 23:55

Font ölçüsü : - / +
bitmap-img6


Xalq artisti Tünzalə Ağayeva "Planet Parni iz Baku" komandasının İnstaqramda yayımlanan 2+1=4 adlı layihəsində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Tünzalə Ağayeva əməkdar artist Tahir İmanovun "Bayağı müğənniləri, dırnaqarası müğənniləri görəndə yəqin ki, dəhşətə gəlirsiniz" sualına belə cavab verib: "Bu cahilliyin qarşısını ala bilməyəcəyik. Vaxt var idi, elə bilirdim ki, bu cərəyanın qarşısını almaq olar. Amma insanların zövqü, hara meyilli olması onu göstərdi ki, bunu düzəltmək çətindir. Bir dəfə Murad Dadaşov dedi ki, ən pis musiqinin belə dinləyicisi var. Burada tamaşaçının şəxsi zövqü böyük rol oynayır.

Bizi cəmiyyət, mediya, ailə necə yetişdirirsə, elə də davam edir. İnternet bu gün həyatımıza girib. Bu şou-biznesə, müğənnilərin keyfiyyətinə təsir edir. Amma baxış sayı ilə real insan zövqü eyni ola bilməz. Mən evdə oturub, on kompüteri idarə edə və on baxış sayı əldə edə bilərəm. Sizə texnologiya ilə yanlış statistika verə bilərəm. Bu texnologiyanın bizi aldatdığı bir tərəfidir".



Müğənni televiziyaları bayağı musiqini təbliğ etməkdə günahlandırıb: "Görək, televiziyada çalışan insanları, prodüser və rəhbərləri nə maraqlandırır. Yalnız pul rol oynayanda fəlakət baş verir. Bunu hər kəsə şamil etmirəm. Biri var, sən sosial şəbəkədən istifadə edirsən və orada heç kim sənə qadağa qoya bilməz. Amma internet azadlıq deyil, mən ağıllı bir istifadəçi kimi internetin yaxşı tərəflərindən istifadə edirəm.

Mən televiziyaya çıxanda da özümə zidd hərəkətə yol vermərəm. Şükür Allaha, düşünüdürücü söhbət aparırıq. Hər kəs elə düşünür ki, əlimdə telefon varsa, nə istəyirəm, onu edirəm. Reytinq anlayışını hər kəs fərqli başa düşür. Biz gəncliyi qoruya bilmirik"

Tahir İmanov Tünzalə Ağayevanın sözlərinə dəstək olaraq müğənni Afət Fərmanqızının ünvanın təndiqi sözlər işlədib:

"Estradamızda bir çox insanlar susurlar. Bir müğənni çıxmışdı, oxuyurdu: "Məndə sığar iki cahan..." Bilmirəm, o müğənnidir, nədir...Bir nəfər çıxıb deyərdi ki, bu, Azərbaycan musiqisinə zərbədir. Bu cür dırnaqarası müğənniləri efirə çıxarmaq olmaz. Hamı susdu".

Qeyd edək ki, Afət Fərmanqızı İmadəddin Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” qəzəlinə hindsayağı mahnı ifa etməsi ilə gündəmə gəlmişdi.



Xəbərin oxunma sayı : 241

loading...

Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda