Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Türkiyə gülçüləri gözünü Azərbaycana dikib

Tarix 23.06.17, 18:16

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin cənub bölgələrində yetiştirilərək xaricə ixrac edilən rəngarəng qərənfillər artıq Boluda da yetişdiriləcək. Bolu Bələdiyyəsi istehsalçıların daha çox qazanc əldə edəcəyi istixanada qərənfil yetişdirilməsinə başlayıb

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bələdiyyənin Abant İzzet Baysal Universiteti Əkinçilik və Təbiət Elmləri fakültəsi ilə birlikdə reallaşdırdığı layihə çərçivəsində Park və Bağçalar Müdirliyinə məxsus ting sahəsində 600 kvadrat metrlik polikarbon istixana yaradılıb.

Rəngarəng qərənfillərin yetişdirildiyi istixananı bələdiyyə sədri Ələddin Yılmaz, Əkinçilik və Təbiət Elmləri Fakültəsinin dekanı Turan Karadeniz və bələdiyyənin sədr müavini Əminə Davarcıoğlu ziyarət edib.

Professor Turan Karadeniz 50 ölkədə qərənfil istehsal edildiyini qeyd edərək dünyada həcmi 8,3 milyard dollar olan çiçək ixracatında Türkiyənin payının yalnız 32 milyon dollar olduğunu dilə gətirib. O, həmçinin vurğulayıb ki, Türkiyənin bir üstünlüyü də Rusiyaya və Şərq ölkələrinə yaxınlığıdır. Hazırda Türkmənistan, Özbəksitan və Azərbaycan çiçək ixracatında əsas ölkələdir.

Türkiyənin gül ixracına 1940-cı illərdə Yalovada başladıqlarını deyən Karadeniz bildirib ki, çiçəklər əvvəlcə Antalyaya oradan da Egeyə göndərilib. Dekan həmçinin Rusiyanın daha yaxın olan Türkiyədən deyil, Kolumbiyadan çiçək ixrac etməsinə diqqəti çəkib: “Kolumbiya 13 min kilometr uzaqdan Rusiyanın çiçəklə təmin edir. Biz daha yaxınıq, niyə bizdən ixrac etmirlər?”, - deyə sual edib.

Türkiyədə yetişdirən çiçəklərin 59 faizinin qərənfil olduğuna diqqət çəkən Turan Karadeniz həmçinin bildirib ki, qərənfil həm daha asan yetişir, həm də asan satılır.

Boluda eqofit (soğanlı) bitkilərin əhəmiyyətli bir potensiala sahib olduğunu vurğulayan Dekan Karadeniz bildirib ki, bu bölgənin iqlimi ilin bütün fəsillərində çiçək yetişdirməyə imkan verir. Bundan əlavə, havanın sərin olması səbəbindən burada orqanik qərənfillər də yetiştirmək mümkündür : “Buradan 3-4 ilə davamlı məhsul əldə etmək mümkündür. 16 nəfər bir araya gələrsə, istehsalçı birliyi yarada bilər. Həm də yetişdirilən çiçəkləri rahatlıqla xaricə göndərmək mümkündür. Hər bir keyfiyyətli çiçəyin alıcısı var. Qərənfil də bu qiymətli çiçəklərdən biridir. Yetər ki keyfiyyətli istehsal edə bilsinlər”, - deyə T.Karadeniz bildirib.



Xəbərin oxunma sayı : 118




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap