Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Türkiyə Suriyanın şimalında mövqelərini gücləndirdi - 20 minlik yeni ordu yarandı

Tarix 11.09.21, 16:19

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin Suriyanın şimalında mövqelərini və hərbi iştirakını möhkəmləndirən hadisə baş verib. virtualaz.org xəbər verir ki, Türkiyə qoşunlarının nəzarətində olan bölgələrdə fəaliyyət göstərən beş müxalif silahlı qruplaşma birləşib və vahid ordu-“Suriya azadlıq cəbhəsi” yaradıb. 20 minlik bu silahlı qruplaşmaya general Mütəssim Abbas başçılıq edir.

Yeni struktura “Firkət əl-Həmzə” (“Əl-Həmzə diviziyası”), “Firkət əl-Mütəssim” (“Əl-Mütəssim diviziyası”), “Firkət əl-Sultan Süleyman Şah” (“Süleyman şah diviziyası”), “Liva Sukur əş-Şimal” (“Şimal qartalları”) və “20-ci diviziya” daxil olublar. Birləşmiş silahlı qruplaşmanın yaradılması mərasimi ötən gün sentyabrın 10-da Türkiyə ordusunun nəzarətində olan Əl-Bab şəhərində keçirilib.

General Abbas bildirib ki, “Suriya azadlıq cəbhəsi” Türkiyə ordusu ilə birlikdə Suriyanın şimal əyalətlərində terrorçu qruplara qarşı döyüşəcək. Birləşmiş qruplaşmanın tərkibində ərəblər və türkomanlar yer alır. Bu, Suriyanın şimalında Türkiyəyə bağlı ikinci iri hərbi qruplaşma olacaq. İndiyədək bu regionda ən iri qruplaşma 30 minlik “Suriya Milli Ordusu” idi. “Suriya Milli Ordusu” Türkiyənin Suriyanın şimalında PKK/YPG terrorçularına və İŞİD-ə qarşı həyata keçirdiyi hər üç hərbi əməliyyatlarda iştirak edib.

Hesab olunur ki, Suriyanın şimalında Türkiyəyə bağlı ikinci iri hərbi qruplaşmanın meydana çıxması bu regionu Əsəd rejiminin nəzarətinə qaytarmağa çalışan Rusiya üçün xoş sürpriz deyil. 2020-ci ilin martında Əsəd ordusu Rusiya və İran muzdluları ilə birlikdə, Rusiya aviasiyasının güclü hava dəstəyi ilə Suriyanın şimal regionlarına hücuma keçsə də uğur qazana bilməmişdi. Bu döyüşlərdə Türkiyənin “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin tətbiqi hərbi əməliyyatların gedişini dəyişdirdi və nəticədə Əsəd rejimi ilə onun tərəfində döyüşən qruplaşmalar atəşkəsə razılıq verdi.




Xəbərin oxunma sayı : 844




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap