“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Türkiyədə 6,8 bal gücündə zəlzələ oldu – 21 nəfər öldü, 1000-dən çox yaralı var

Tarix 25.01.20, 9:00

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyədə baş verən zəlzələdə ölən və xəsarət alanların sayı artıb.

Ölənlərin sayı 21-yə, xəsarət alanların sayı isə 1015 nəfərə çatıb.

***

Türkiyədə 6,8 bal gücündə zəlzələ baş verib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar Elazığ şəhərinin Sivrice rayonunda 20.55-də qeydə alınıb. Təkanların ocağı yerin 7 kilometr dərinliyində olub.

Son məlumata görə, Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb, 300 nəfər yaralanıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Malatyada üç, Elazığda isə üç nəfər dünyasını dəyişib.

Yaralılardan ikisinin vəziyyəti ağırdır.

Bu arada Azərbaycanın Türkiyədəki səfirliyində Elazığ vilayətində Rixter cədvəli üzrə 6,8 bal gücündə baş vermiş zəlzələ ilə bağlı həmvətənlərimizə lazım olan dəstəyin göstərilməsi məqsədi ilə “qaynar xətt” yaradılıb.

Səfirlikdən verilən məlumata görə, hələ ki, “qaynar xətt”ə heç bir müraciət daxil olmayıb.

Qeyd olunub ki, “qaynar xətt” zəlzələnin nəticələri tam şəkildə aydınlaşana qədər fəaliyyət göstərəcək.

Qaynar xətt: 00905526792565.

Qeyd edək ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, yerli vaxtla saat 20:55-də baş verən yeraltı təkanın episentri Sivrice rayonunda qeydə alınıb. Zəlzələ nəticəsində dörd nəfər həyatını itirib/Report.





Xəbərin oxunma sayı : 190




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap