Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Türkiyədə millət vəkili haqqında araşdırma başlanıb –PKK üzvü olmaqda ittiham olunur

Tarix 21.02.21, 13:24

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin Ankara Baş Prokurorluğu Xalqların Demokratik Partiyasının (HDP) üzvü, Ağrı millət vəkili Dirayet Dilan Taşdemir haqqında araşdırma başladıb.

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu dünən “A Haber” televizyasında D.Taşdəmirin PKK üzvü olduğunu, bir müddət əvvəl PKK-nın İraqın şimalındakı Qara bölgəsində yerləşən bazasında olduğunu açıqladıqdan sonra Ankara Baş Prokurorluğu hərəkətə keçib.

Prokurorluqdan bildirilib ki, S.Soylunun millət vəkili haqqındakı bu açıqlaması şikayət olaraq qəbul edilib və Dirayet Dilan Taşdemir silahlı terror təşkilatının üzvü olmaqda ittiham olunur.

İttiham sübuta yetirilərsə, millət vəkilinin toxunulmazlığı ləğv ediləcək və o, həbs olunacaq.

Qeyd edək ki, fevralın 10-da Türkiyə Silahlı Qüvvələri İraqın şimalında Qara bölgəsində PKK/YPG terror təşkilatına qarşı “Pəncə Qartal-2” hərəkatına başlayıb, 53 terrorçu zərərsizləşdirilib. 4 günlük əməliyyatda PKK-nın girov götürdüyü 12-si Türkiyə, 1-i İraq vətəndaşı olan 13 nəfərin xilas edilməsi mümkün olmayıb. Əməliyyat başlayan zaman terrorçular onları güllələyərək qətlə yetirib.

S.Soylu “Pəncə Qartal-2” əməliyyatı ərəfəsində D. Taşdemirin Qaraya getdiyini və bir neçə gün orada qaldığını da bildirib.  S.Soylu  qeyd edib ki, terrorçuların məskunlaşdığı Qəndil, Sincar, Suriya dəhlizlərinə keçid əhəmiyyətini daşıyan Qara bölgəsində  terrorçu hazırlayan “Apollo Akademiyası” da yerləşir.

Onu da bildirək ki, fevralın 14-də Ankara Baş Prokurorluğu HDP millət vəkilləri Hüda Kaya ve Ömer Faruk Gergerlioğlu haqqında da  PKK terror təşkilatına sosial media vasitəsilə dəstək vermələrilə bağlı araşdırmaya başlayıb. /APA




Xəbərin oxunma sayı : 634




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap