Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Türkiyənin baş naziri Bərzani ilə razılaşdı – PKK müzakirəsi

Tarix 27.04.17, 5:07

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin baş naziri Binəli Yıldırım Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani ilə telefonda danışıb.


Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, baş nazir kürd liderlə söhbətində dünən Sincara düzənlənmiş bombardmanda 5 peşmərgənin həlak olmasından kədərləndiyini bildirib:

“Yıldırım Bərzani ilə söhbətində PKK və onun qolu olan YPG-nin bölgədə ikinci bir Qandil yaratmaq cəhdindən narahatlığını açıq şəkildə ifadə edib”.

Məlumata görə, Bərzani ilə Binəli Yıldırım terrora qarşı ortaq hərəkət etmək üçün bundan sonra da fikir mübadiləsinin aparılmasına razılaşıblar.

Xatırladaq ki, Türkiyə dünən İraqın Sincar və Suriyanın Karaçok bölgəsində PKK/YPG terroristlərinin qurmaq istədikləri hərbi bazanı vurub. Nəticədə 70-dən çox terrorist öldürülüb.

Bu gün Türkiyənin baş naziri ilə Bərzaninin telefon danışığından belə anlaşılır ki, ölənlər arasında  Şimali İraq Kürd Muxtariyyətinə bağlı olan 5 peşmərgə də olub.

Onu da qeyd edək ki, Türkiyənin bombardmanından bir neçə gün əvvəl Məsud Bərzani “İraqlı kürdlər PKK-nın Sincardan çəkilməsini tələb edir”, – deyə, açıqlama vermişdi.



Xəbərin oxunma sayı : 145




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap