Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun
Axtar
 
  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

Tale Heydərovla Ronaldinyo razılaşdı: 2020-ci ildə...

Tarix 23.09.19, 16:30

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda Ronaldinyo Futbol Akademiyasının açılışı gələn ilə təxirə salınıb.

AzFakt.com "Report"a istinadən xəbər verir ki, bu barədə "Qəbələ” İdman Klubunun sabiq prezidenti Tale Heydərov "Emerging Europe”də yazıb. O, akademiyanın 2020-ci ilin əvvəlində açılacağını bildirib.

2017-ci ilin martında məşhur braziliyalı futbolçu Ronaldinyo ilə "Qəbələ” İdman Klubu arasında müqavilə imzalanıb. Sözləşməyə əsasən, ulduz futbolçu "Qəbələ” klubunun dəstəyi ilə Bakıda Futbol Akademiyası açmalıdır. Lakin akademiyanın açılışı müxtəlif səbəblərdən bir neçə dəfə təxirə salınıb.

"Qəbələ” İK bu ilin aprelində T.Heydərovun prezident postundan istefasının Ronaldinyo Futbol Akademiyasının açılışına təsir etməyəcəyini bəyan edib. Həmin vaxt akademiyanın bu il istifadəyə verməyi planlaşdırdıqları vurğulanıb.

Qeyd edək ki, Ronaldinyonun doğulub boya-başa çatdığı Portu Aleqri şəhərində, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Ronaldinho Soccer Academy" fəaliyyət göstərir.



Xəbərin oxunma sayı : 1024




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap