Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Taxıl əkənlərin biçini - texnika problemi yoxdur

Tarix 17.06.20, 10:31

Font ölçüsü : - / +
bitmap-img6


Ölkə üzrə taxıl sahələrinin 25 faizində biçin başa çatıb. 

Bu məlumatı Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov “Yeni Müsavat”a ölkədə taxıl biçini ilə bağlı son durumu açıqlayarkən bildirib.

Onun sözlərinə görə, iyunun 16-na olan operativ məlumata görə, taxıl sahəsinin dörddə birində biçin başa çatıb: “Hazırda 250 min hektar sahədə biçin aparılıb, 770 min 648 ton məhsul toplanıb. Hazırda arpa ilə buğda bir yerdə hər hektara 30, 8 sentner təşkil edir. Bu rəqəmlərdəki başqa bir məqam isə ondan ibarətdir ki, indiyə qədər əsas biçin olaraq arpa buğdadan 3 həftə əvvəl başlayır. Arpa biçini təxminən yekunlaşdıqdan sonra buğda biçininə başlanır. Bu günə qədər 211 min hektar sahədə arpa biçilib. Ümumi arpa sahələri 369 min hektardır. Bunun artıq 211 min hektarı biçilib. Biçin əsasən aran rayonlarda aparılıb. Artıq qismən dağətəyi rayonların aran hissələrində biçin gedib. Bu günə qədər 646 min 333 ton arpa yığılıb. Orta məhsuldarlıq isə hər hektara görə 30,6 sentnerdir. Bəzi rayonlarda, Bərdədə, Neftçalada, Salyanda arpa biçini tam şəkildə başa çatıb.  Artıq adıçəkilən rayonlarda buğda biçininə başlanıb. Ölkədə bu günə qədər 39 min hektarda buğda biçilib. Ümumilikdə 641 min hektar sahədə buğda əkilib, 39 min hektarı biçilib. Buğdanın kütləvi biçininə  gələn həftədən başlanacaq”.

Hüseynov bildirib ki, havaların isti keçməsi buğdanın yetişməsini də sürətləndirir: “Hazırkı hava şəraiti biçin prosesinə müsbət təsir edir. Buğda üzrə bu günə olan məhsuldarlıq 32,9 sentnerdir. Ancaq hələlik kiçik sahələr biçildiyinə görə bu rəqəm nisbi rəqəmdir. Əsas biçin prosesi 40 faizin üzərinə çatdıqda məhsuldarlıqla bağlı rəqəmlər stabilləşəcək”.

Nazirlik sözçüsü vurğulayıb ki, bu günə qədər biçin prosesinə 1520 kombayn cəlb olunub: “Onlardan 549 kombayn biçin aparılan rayonlardakı Aqrolizinqin balansında olan kombaynlardır, bir də dağlıq və dağətəyi bölgələrdə 151 əlavə kombayn cəlb olunub. Bununla yanaşı, 820 ədəd kombayn da fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlardır. Ölkə üzrə biçinə ən qızğın vaxtda belə 1700-dən artıq kombaynın cəlb olunmasını gözləyirik ki, bunun da 782 ədədi Aqrolizinqin balansında olan kombaynlardır. Biçin prosesi bu cür qrafik üzrə getdiyinə görə əlavə kombayna ehtiyac olmayacaq. Ancaq aqroservislərdə hər ehtimala qarşı xeyli sayda kombayn ehtiyatda saxlanılıb”.


Vüqar Hüseynov

V.Hüseynov onu da diqqətə çatdırıb ki, fermerlərlə iş aparılması nəticəsində məhsuldarlıq daha da yüksəlib: “Taxılçılıq sahəsində fermerlərlə də iş aparılır, onlar davamlı şəkildə təlimlərə cəlb edilir, tövsiyələr verilir. Əsas məqsədimiz məhsuldarlığı artırmaqdır. Çünki Azərbaycanın torpaq və su ehtiyatları məhduddur. Bizim məhsuldarlığı artırmağımızın yeganə yolu aqrotexniki qulluq qaydalarına  düzgün riayət etməkdir. Biz artıq apardığımız işlərin nəticəsini görürük. Aprel ayının 1-dən mən rayonlardayam, müşahidələr aparıram. Taxılın sonuncu sulanma dövründən başlayaraq bütün prosesləri müşahidə etdim. Bir çox sahələr var ki, orta məhsuldarlıq kifayət qədər yüksəkdir. Arpada 50-60 sentner məhsuldarlıq bir zamanlar fantastik rəqəm kimi görünə bilərdi, ancaq bu gün  bu cür məhsul götürən təsərrüfatların sayı kifayət qədərdir. Burada iki faktor rol oynayır. Birincisi, aqrotexniki qulluq qaydalarına riayət etmək, ikincisi subsidiya qaydalarının dəyişməsi. İkinci amil də məhsuldarlığa müsbət təsir göstərib. Yeni mexanizmin mahiyyəti belədir ki, ayrılan vəsait məcburi şəkildə torpağa yönəldilir. Fermer kartına köçürülən vəsaitin yalnız 25 faizini nağdlaşdıra bilir, 75 faizini isə gübrə, toxum, şitil və sair almaq üçün  sərf edir. Artıq bu vəsait hansısa fermerin istehlak xərclərinə sərf olunmur. Fermer məcbur olub gübrə alır və torpağa lazımi qədər gübrə verir, yaxşı toxum alır. Subsidiyanın yeni mexanizmi ilə ayrılan vəsait birbaşa  kənd təsərrüfatına yönəldilir və biz bunun nəticəsini də görürük”.

Nazirlik rəsmisinin sözlərinə görə, taxılçılığa ən çox ziyan vuran amil bu ilin quraqlıq keçməsi olub: “Bu gün sahələrdə çox yüksək məhsuldarlıq var. Ancaq birinci və ikinci sulama dövründə, ümumiyyətlə, quraqlıq oldu, bu  il yağıntıların miqdarı az oldu. Bu da taxılçılığa çox mənfi təsir edən amildir. Bu gün kifayət qədər ərazilərdə dəmyə əkinçiliyi aparılır, onun suvarılması da yağıntının miqdarından asılıdır. İkinci alternativ yoxdur. Bu amil də məhsuldarlığa xeyli mənfi təsir göstərib. Orta məhsuldarlığın yenə də ötənilki rəqəmlərdən üstün olması onun hesabınadır ki, fermerlər digər sahələrdə apardıqları əkinlərdə işi düzgün  aparırlar. Fermerlərə verilən tövsiyələr hesabına məhsuldarlıq artır, artıq təfəkkür dəyişir. Çünki onsuz da əziyyət çəkir və bu əziyyət hesabına daha çox məhsul əldə edə bilər.

Əsas prinsiplərimizdən biri fermerlərə yaxın olmaqdır və bu gün fermerin yanında olduğumuza görə həm öyrənir, həm öyrədirik. Ayrı-ayrı sahələrdə məhsuldarlıq yüksəlir. Artıq innovativ suvarmanın tətbiqi zərurətə çevrilir, fermerlər buna alışmalıdırlar".



Xəbərin oxunma sayı : 1312




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap