“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Təhsil haqqını ödəyə bilməyən Zeynəb kömək istəyir - “Atam yoxdur, anam isə yataq xəstəsidir”

Tarix 22.08.19, 12:07

Font ölçüsü : - / +
bitmap-img6


Astara sakini Zeynəb Əlizadə müəllim yanına hazırlığa getmədən Azərbaycan Dillər Universitetinin “Jurnalistika” ixtisasına qəbul olub. Onun ön böyük arzusu jurnalist olmaqdır. Qəbul imtahanından uğurla keçən Zeynəb tələbə adını qazansa da, təhsil haqqını ödəməyə maddi imkanı çatmır.

İmtahanda 329 bal toplayan Zeynəb Əlizadə Azvision.az -a bildirib ki, atası dünyasını dəyişdiyindən ona nənəsi baxıb. 

“Hazırlığa getməmişəm. Özüm evdə oxumuşam. Təhsilə böyük həvəsim var. Nənəm Hacı Mərzan “Astara” qəzetində işləyib. Atam yoxdur, anam yataq xəstəsidir. Ailədə 3 övladıq. Bir bacım mənimlə oxuyub. O, imtahandan kəsilib. Digər bacım isə yaşca kiçikdir. Bizi nənəm böyüdüb. Nənəmin aldığı aylıq 200 manat pensiya ilə dolanırıq”. 

Zeynəb təhsilini davam etdirmək üçün illik 1500 manat ödəniş etməlidir: “Ödənişli əsaslarla qəbul olmuşam, təhsil haqqı 1500 manatdır. Dolanışıq çətin olduğu üçün təhsil haqqını ödəyə bilmirəm. Sənəd qəbulunun bitməsinə 5 gün qalır, çox istərdim ki, ali təhsil alım. Təhsilim yarımçıq qalmasın”. 

Hazırda ailəsi ilə birlikdə Astarada yaşayan Zeynəb imkanlı şəxslərdən təhsil haqqını ödəmək üçün kömək istəyib. 

Qeyd edək ki, ADU Tələbə Həmkarları İttifaqı Komitəsi tərəfindən Zeynəbin yataqxanada qalması, gündəlik yeməyi pulsuz təmin ediləcək. Hətta onun işləməsi üçün də şərait yaradılacaq. 



Xəbərin oxunma sayı : 550




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap