Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Telekanallarla bağlı prezidentə şok şikayət: “Pullar kimin cibinə gedir, bilinmir“

Tarix 06.03.19, 16:06

Font ölçüsü : - / +
bitmap-img6


“Prezidentin incəsənət xadimləri ilə sonuncu görüşü, yaşanan problemlər və onların aradan qaldırılması yolunda görülən işlər ürəkaçan və təqdirəlayiqdir”.

“Yeni Sabah”ın məlumatına görə, bunu əməkdar artist  Lalə Məmmədova deyib.  Müğənni gələn görüşlərdə ona da imkan yaradılmasına ümid edir:

“Mən də milli estrada sahəsi və bu sahədə fəaliyyət göstərən müğənnilərin yaşadıqları  problemlər barədə prezidentə danışardım. Təəssüf ki, biz sənətçilər etdiyimiz çıxışlara və  iştirak etdiyimiz konsertlərə görə heç bir qonorar almırıq (solisti olduğum AzTV istisna olmaqla). İstər televiziya-radio,  istərsə də paytaxt, rayonlarda açıq hava və ya qapalı konsertlərdən…Halbuki bu çıxışlara görə bizə az da olsa qonorar yazılır. Pulların kimlərin cibinə və hara getdiyi haqda kimsə nəsə bilsə də, heç kəs, heç nə deyə bilmir. Halbuki təşkil olunan bu tədbirlərə büdcədən sənətçilər üçün qonorar ayrılır. Səsimizi çıxarıb bir söz deyəndə  dediklərindən belə çıxır ki, hələ minnətimiz olsun bizi efirə, konsertlərə  buraxırlar.Yoxsa qadağa qoyarlar və efirlərə, konsertlərə həsrət qalarıq. Əsl yaradıcılığı olan sənətçi  efir vaxtını səmərəli şəkildə doldurduğu üçün qonorar almalıdır. Bunu hər kəs bilir”.

L.Məmmədova bildirib ki, buna rəğmən, heç bir sənətçi indiyədək  açıq danışmayıb:

“Bu gün mən deyirəm. Sənətçilər toyun ümidinə yaşamamalıdır. Biz sənətimizlə az-çox olsa da, halal zəhmətimizlə haqqımıza çatanı tələb edirik, başqasının zəhmətində gözümüz yoxdur. Axı sənətçi başqa sənətlə məşğul ola bilmir. Məgər bütün müğənnilər toya gedib pul qazana bilir?Qazananlar da bir külfət ailə dolandırırlar.Bu gün milli estrada sahəsində də bu cür çirkin oyun oynanılır .Cənab prezident və vitse prezident! Sizin ölkəmiz naminə gördüyünüz hər bir uğurlu iş bizim gələcəyimiz üçündür. Bunu anlayır və sizi dəstəkləyirik.Ümid edirik ki,sadaladığım bu problemlər sizin nəzərinizdən qaçmayacaq,digər incəsənət məsələləri kimi bunun da həlli sizin sayənizdə yolunu tapacaq”.



Xəbərin oxunma sayı : 772




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap