“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Təmiz su tullantılarla çirkləndirilir - VİDEO

Tarix 29.05.23, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


Samur-Abşeron kanalına zibillər tökülüb və təmiz su məhz bu tullantılarla çirkləndirilib.

AzFakt.com Xezerxeber.az-a istinadla xəbər verir ki, söhbət Bakı, Abşeron yarımadası və Sumqayıtı içməli su ilə təmin edən Ceyranbatan su anbarına tökülən Samur-Abşeron kanalından gedir.
Belə vəziyyət Samur-Abşeron kanalının Binə Savxoz adlanan ərazidən keçən hissəsində qeydə alınıb.
Görüntülərdən müşahidə edilən budur ki, Ceyranbatan su anbarına bu zibillikdən keçib gedən suyun keyfiyyəti ciddi şübhə altındadır. Sakinlər isə zibilin kanala atılmasında aidiyyəti qurumları günahlandırırlar. Onların sözlərinə görə, kanaldakı zibillik ərazidə tullantıları atmaq üçün yeşiklərin olmaması səbəbindən yaranıb.
Sakinlər kanalın ara-sıra təmizləndiyini desələr də, əraziyə ümumi nəzarətin olmamasından şikayətlənirlər.
Ərazidə yaranan mənzərə ilə bağlı Xəzər rayonu, Binə yaşayış massivi bələdiyyəsindən bildirildi ki, zibil qutularının qoyulması və məişət tullantılarının daşınması bələdiyyənin imkanları xaricindədir. Qeyd olunub ki, vətəndaşların Mənzil Kommunal Təsərrüfat Birliyi və Kommunal Xidmətlər İdarəsi ilə müqavilələri var və müqavilə əsasında zibillər onlar tərəfindən daşınaraq atılır. Xəzər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov isə bildirib ki, Samur-Abşeron kanalı Su Ehtiyatları Dövlət Agentliyinin tabeliyindədir. Həftəsonu olduğundan isə Agentlik rəsmiləri ilə əlaqə qurmaq mümkün olmayıb.
Məlumat üçün bildirək ki, şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində zibil qutularının yerləşdirilməsi zamanı qanunla müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimə edilir. Qanunvericiliyə görə, məişət tullantılarını zibil yeşiklərindən kənara atanlar isə 50 manat məbləğində cərimə olunurlar.

Ətraflı videomaterialı təqdim edirik:



Xəbərin oxunma sayı : 430




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap