Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Tikinti şirkəti vətəndaşın evini təhvil vermir?-VİDEO

Tarix 25.03.26, 23:00

Font ölçüsü : - / +
bitmap-img6


Köhnə evini satıb yeni mənzilə köçmək istəyən ailə üç ildir kirayələrdə yaşamağa məcbur qalıb. Fərəcovlar ailəsi ilə bağlanan müqaviləyə əsasən, altı ay ərzində onlara yeni ev hazır vəziyyətdə verilməli idi. Lakin bu müddət uzanıb. Bəs qarşı tərəf nə deyir?

AzFakt.com Xəzər TV-yə istinadən xəbər verir ki, Bakı sakini Qoçu Fərəcov yaşadığı evi sataraq yenisi ilə dəyişmək istəyib. Bunun üçün "Günəşli İnşaat" MTK ilə müqavilə bağlayıb. Yeni evin bir neçə aya veriləcəyi deyilsə də, üzərindən illər keçib.

Şikayətçi bildirir ki, həyat yoldaşı 14 ildir yataq xəstəsidir. Köhnə, rütubətli evlərini satmaqda əsas məqsədləri onu daha yaxşı şəraitə köçürmək olub. Ailənin iddiasına görə, tikinti şirkətinin rəhbəri Firutan Məmmədov onlara üçotaqlı mənzil vəd edib, lakin bu günə qədər ev təhvil verilməyib.

Məsələ ilə bağlı tikinti şirklətinin rəhbəri olduğunu bildirən Firutan Məmmədov bildirib ki, ev hazırdır, lakin müqaviləyə əsasən, tərəflər şərtləri yerinə yetirməlidir.

Onun sözlərinə görə, şirkət tərəfindən onlarla müqavilə bağlayan Qoçu Fərəcovun oğlu Nurlan Fərəcliyə dəfələrlə yeni evlər təqdim olunsa da, o, işsiz olduğunu dilə gətirib və təklif olunan evin qalan ödənişini ödəməyə gücünün çatmayacağını bildirib.

Firutan Məmmədov onu da bildirib ki, müqavilənin şərtlərinə əsasən ailənin ödədiyi ilkin ödəniş məbləği şirkət tərəfindən geri qaytarıla bilər.





Xəbərin oxunma sayı : 331




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap