Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Stres xərçəng riskini artırmır - Alimlərdən yeni araşdırma

Tarix 24.03.26, 9:55

Font ölçüsü : - / +
bitmap-img6


Qroningen Universiteti Tibb Mərkəzinin alimləri stres və digər psixososial amillərin xərçəng riskini artırmadığını aşkar ediblər.

Tədqiqatın nəticələri "Cancer" jurnalında dərc edilib.

Bildirilib ki, tədqiqatda psixoloji və sosial amillərin xərçənglə əlaqəli olub-olmadığını araşdıran beynəlxalq konsorsiumun məlumatlarından istifadə edilib.

Alimlər müxtəlif psixososial göstəricilər üzrə qiymətləndirilən 421 799 nəfərin məlumatlarını təhlil ediblər. Bunlara sosial dəstək səviyyələri, ailə vəziyyəti, kədər, narahatlıq meyilləri (nevrotiklik) və ümumi psixoloji stres daxildir.

Təhlillər göstərib ki, bu amillərin heç biri ümumilikdə xərçəng riskinin artması ilə əlaqəli deyil. Sinə, prostat və kolorektal xərçəng də daxil olmaqla ən çox yayılmış xərçəng növləri ilə də heç bir əlaqə tapılmayıb.

Bəzi statistik əlaqələr əvvəlcə ağciyər xərçəngi xəstələrində müşahidə edilib - yaxınlarını itirmiş və ya sosial dəstəyin aşağı səviyyədə olduğu insanlarda. Lakin, məlum risk faktorları, əsasən siqaret çəkmək və ailə tarixçəsi nəzərə alındıqdan sonra bu əlaqələrin əksəriyyəti özünü doğrultmayıb.

Alilmlərin fikrincə, nəticələr zəif zehni sağlamlığın və ya stresin xərçəng riskini birbaşa artırdığına dair geniş yayılmış inancı dəstəkləmir. Alimlər qeyd edirlər ki, bəzi tədqiqatlarda müşahidə olunan stres və xərçəng arasındakı zəif əlaqələr çox vaxt əlaqəli həyat tərzi amilləri - məsələn, siqaret çəkmək, spirtli içki istehlakı və ya digər davranış vərdişləri ilə izah olunur ki, bu da həqiqətən xəstəlik riskini artıra bilər.



Xəbərin oxunma sayı : 154




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap